إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Quran baradə deyilməmiş məqamlar və yeni əldə olunmuş məna çalarları

Quran ustadı, Quran tərcüməçisi və müfəssiri Ustad Əbulfəzl Bəhrampur özünün Quranın təfsiri haqqında yeni əsəri barədə xəbər verib. O, "Lətaiful-Quran" adlanan yeni təfsirində Quran təfsirində indiyədək deyilməmiş sözlərin deyildiyini bildirib

Ahlibeyt.az-ın məlumatına görə,İranlı müfəssir Əbulfəzl Bəhrampur İqna-ya verdiyi müsahibəsində özünün Quranın təfsiri haqqında yeni əsəri barədə xəbər verərək bildirib ki,hazırda iki təfsir üzərində işləyirəm. Bunlardan biri öncələr qaynaqsız və seçilmiş ayələr əsasında yazdığım "Təfsire mübin" kitabının daha mükəmməl və sənədləşdirilmiş formasıdır ki, "Təfsire Rəsa" adı ilə yazılır və bütün surə və ayələri əhatə edəcəkdir.

Ustad Əbulfəzl Bəhrampur söhbətinin davamında ikinci yeni əsərindən söz açaraq qeyd edib: Yazdığım 30 cildlik "Nəsime Həyat" təfsirinin kamilləşdirilməsi və yenilənməsi istiqamətində yeni bir təfsir yazmağa başlamışam. Hazırda bu təfsirin 5 cildi çapa hazırdır, amma 15 cild çapa hazır olmayınca heç bir cild çapdan çıxmayacaq, çünki oxucuları çox intizarda qoymaq istəmirəm. Yeni təfsir də 30 cilddən ibarət olacaq, məsələlər çox asan təfsirlə, hamının başa düşə biləcəyi bir dildə izah edilmişdir. Ayələrin dəqiq lüğəvi mənaları və nöqtələri açıqlanmışdır. Quran baradə deyilməmiş məqamlar və yeni əldə olunmuş məna çalarları və izahları bu təfsirdə öz əksini tapacaqdır. Yeni təfsirin adı "Lətaiful-Quran"dır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Noyabr, 2015  15:15 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!