إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyədə İŞİD əməliyyatı: azərbaycanlılar tutuldu (VİDEO)

İŞİD-a qoşulmağa çalışanlar arasında uşaqlar və qadınlar da var

Ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə, İŞİD-çilərə qarşı əməliyyat Adana şəhərinin mərəzində Seyhan qəsəbəsində həyata keçirilib.

Türkiyədə İŞİD terrorçularına qoşulmaq istəyənlərə qarşı növbəti əməliyyat keçirilib. İŞİD -də qoşulmaq üçün Suriyaya getmək istəyən 38 nəfər saxlanılıb. Onların arasında 14 Azərbaycan vətəndaşı da var.

14 azərbaycanlı ilə yanaşı saxlanılanlar arasında 7 İndoneziya, 5 İraq, 5 Qırğızıstan, 2 Tacikistan, 2 İran və bir neçə Əfqanıstan vətəndaşının olduğu bildirilir.

Terror təşkilatına qoşulmaq üçün ailələri ilə Adana şəhərinə gəlidikləri iddia edilən xarici ölkə vətəndaşlarının 15-i uşaq, 10-u isə qadın olub. Əməliyyat Adana şəhərinin Terrorla Mübarizə İdarəsinə daxil olan kəşfiyyat məlumatlarından sonra başlayıb.

Bu şəxslərə şəhərə gəlmələrinə kömək edən və müvəqqəti yaşamaq üçün ev tapan Türkiyə vətəndaşları H.Ö. və İ.G. saxlanılıblar.

Saxlanılanlar Adana şəhər xəstəxanansında tibbi yoxlamadan keçdikdən sonra deportasiya olunmaq üçün müvafiq idarələrə təhvil veriliblər.

Son məlumatlara görə,əməliyyatlar genişlənmiş və saxlanılanların 100-dən artıq olduğu bildirilir.

Ötən gün isə Azərbaycan sərhədçiləri İŞİD terror təşkilatına qoşulmaq məqsədi ilə Suriyaya getmək istəyən Rusiya vətəndaşını saxlayıblar.

Bir neçə gün öncə Türkiyənin İstanbul, Ankara, Kocaeli, Sakarya, Antalya və Konya şəhərlərində anti-terror əməliyyatları keçirilib. ANS PRESS-in yerli bürosunun Türkiyə Daxili İşlər Nazirliyinin Mətbuat Mərkəzindən əldə etdiyi məlumata görə, Konya şəhərində keçirilən əməliyyatlar zamanı 25 İŞİD terrorçusu Terrorla Mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu şəhərdə böyük miqyaslı terror aktı törətməyə hazırlaşan terrorçuların arasında 2 nəfər azərbaycanlı da olub.

Azərbaycanlı terrorçular bəzi hüquqi proseslərdən sonra Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil veriləcəklər.

http://www.iha.com.tr/video-iside-katilmak-uzere-adanaya-gelen-38-kisi-yakalandi-71183/

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Noyabr, 2015  14:36 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!