إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Misirin "Darul-İfta"sı İŞİD təkfirçi-terror qruplaşmasının məscidlərə hücumunu haram elan etdi

Misirin "Darul-İfta"sı(Fətvalar Evi)İŞİD təkfirçi-terror qruplaşmasının məscidlərə hücum etməsini haram elan etdi

Ahlibeyt.az-ın  İqna-ya istinadən verdiyi xəbərə görə,bu barədə TANA (Dini Məzhəblərin Yaxınlaşması Təşkilatı) agentliyi məlumat yayıb.

Məlumata görə, Misirin "Darul-İfta"sı (Fətvalar Evi) bəyanat yayaraq İŞİD təkfirçi-terror qruplaşmasının məscidlərə hücum etməsini,partlatması və xarabaya çevirməsini qınayaraq məscid və ibadət yerlərinə hər növ təcavüzü haram elan etdi.

Bir müddət əvvəl İŞİD-in müftisi, Əbu Leys əl-Kənani şiə məscidlərini bütpərəstlərin məbədlərinə oxşatmış və Ərəbistanın Nəcran əyalətində şiə məscidlərinin hədəfə alınmasını vacib saymışdı. Buna görə də Misirin "Darul-İfta"sı (Fətvalar Evi) bəyanat yayaraq bu "fətva"ya cavab verib.

Bəyanatında bildirilir:

Şiələrin toplandığı məscidlər əhli-sünnənin məscidləri kimidir və şiə müsəlmanların məscidlərinə və ibadət yerlərinə hər növ təcavüz, onlara xəsarət yetirmək və partlatmaq haramdır.

Məscidləri müqəddəs saymaq, bu məkanlara hörmətlə yanaşmaq, dini ayinləri məscidlərdə bərpa etmək, məscidləri qorumaq üçün çalışmaq və təmirə ehtiyacı olan məscidləri təmir etdirmək müqəddəs İslam şəriətinin hökmlərindəndir.

Məscid ibadət üçün bir məkandır. Onu bütpərəstlərin və müşriklərin məbədinə oxşatmaq Allah evinə qarşı təhqirdir. Məscidlərə hər növ təcavüz "fəsadun fil-ərz" (yer üzündə fəsad) ayəsinin kamil nümunəsidir. Şiə və Əhl-Sünnə məscidləri arasında fərq qoymaq üçün hər cür bəhanə qəbulolunmazdır.

Bəyanatda terror təşkilatlarının müsəlmanlar arasında tayfa və məzhəb savaşını gücləndirmək üçün hər bir işə əl atdığına işarə edərək deyir: Bu terror təşkilatları İslami ölkələrdə sabitliyi pozmaq, asayişi ortadan götürmək və insanların təhlükəsizliyi məhv etmək üçün heç bir iyrənc addımdan çəkinmir. Onlar bu əməllərlə İslam ölkələrinə hakim kəsilmək istəyirlər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Noyabr, 2015  15:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!