إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycandakı dini təhsil Rusiya müsəlmanları üçün nümunə ola bilər - Ravil Qaynutdin

Rusiyanın paytaxtı Moskvada “Quran humanizmi müsəlman təhsilinin bünövrəsi kimi” VIII beynəlxalq ilahiyyat elmi-maarifləndirici konfrans start götürüb.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,gündəlikdə duran başlıca məsələ Rusiyada yerli islam ilahiyyatı məktəbinin dirçəlişi olub.

Rusiya Müsəlmanları Dini İdarəsinin rəhbəri, Rusiya Müftilər Şurasının sədri şeyx müfti Ravil Qaynutdin plenar iclasda çıxışı zamanı qeyd edib ki, bu gün dövlət tərəfindən tanınmaya müvəffəq olunub, "bu, müsbət haldır və din xadimlərinin hazırlanması üçün geniş imkanlar açır": “Müsəlman təhsilinin yüksəldilməsi üçün təkcə dövlət yardımı kifayət deyil. Tam inkişaf üçün müsəlmanların özləri tərəfindən daxili impuls tələb olunur.

Rusiyadakı mövcud müsəlman təhsil sistemi yenilənməyə ehtiyac duyur.

Hazırkı Rusiya ali müsəlman təhsili müəssisələri universitet statusuna çatmır və bu səbəbdən hazırda “institut” adlandırılırlar.

Ola bilsin ki, rusiyalı müsəlman ilahiyyatçılar din xadimlərinin təhsilinə xüsusi diqqət ayrılan qonşu Azərbaycanın təcrübəsinə nəzər yetirməlidirlər. Respublika paytaxtında artıq 20 ildir, Bakı İslam Universiteti fəaliyyət göstərir. Burada 1000-dən çox müsəlman təhsil alır. Universitet akkreditasiyadan keçərkən öz statusunu uğurla təsdiqləyib. Ali məktəbdə islamşünaslıq və şəriət fakültələri fəaliyyət göstərir.

Bundan başqa, ölkənin baş ali məktəbi olan Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi fəaliyyət göstərir. Fakültə məzunlarına iki ixtisas verilir: ilahiyyatçı-islamşünas və ərəb dili müəllimi.”

Konfransda iştirak edən Rusiya-Azərbaycan Dostluq Mərkəzinin eksperti Aleksandr Alexanovun fikrincə, dini təhsil barədə məsələ bu gün Azərbaycan üçün də, Rusiya üçün də aktualdır: “Bununla əlaqədar olaraq, dini kütləyə çatdıran insanlara onların həqiqət, humanizm və mehriban qonşuluğu müsəlman dininin əsas tərkib hissələri kimi yaya bilmələri üçün keyfiyyətli təhsil verilməsi çox vacibdir.”

Bu yaxınlarda Azərbaycan məktəblərində tolerantlıq dərslərinin tədrisinə başlanılıb.

Bir çox ekspertlərin fikrincə, bu təcrübə Rusiya təhsil müəssisələrinə mane olmazdı.



Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Noyabr, 2015  14:17 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!