إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Cavadi Amuli - Ayətullah Nimr edam olunarsa Səud rejimi devriləcək

Ayətullah Cavad Amuli nüfuzlu təqlid mərcəsi Ayətullah Nimrin edam hökmünə münasibət bildirib

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, Qum hövzəsinin böyük ustadlarından olan Ayətullah Cavadi Amuli Səud rejiminin qərəzli hökmünə münasibət bildirərək deyib:

“Bu böyük alimin mübarizəsi imam Zamanın (ə) nəzəri altındadır. Səud rejiminin ağılsız məsullar bilməlidirlər ki, bu böyük alimin qanı axarsa onun vəlisi öz səltənəti vasitəsi ilə Ali Səudu devirəcəkdir. Çünki, göy və yer Allahın ordusudur.

Ayətullah Nimrin övladları qan sahibidirlər, lakin ayağa qalxmış xalq, dünya alimləri, islam dövləti onun övladlarını müdafiə edənlərdir. Bu sadalananlar Allahın ordusu adı ilə onun varislərinin qan bahasını və diyəsini almaq üçün dik dayanıblar. Onun diyəsi Səud rejiminin süqutudur. Ümüd edirik ki, bu Quran sayağı nəsihətləri Səud rejiminə təsir edəcək və ən azı onların ağlını geri qaytarmağa yardımçı olacaq.”

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2015  13:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!