إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Müsəlman icmaları arasında ən yaxşı münasibətlərimiz Azərbaycanladır - Moskva patriarxatlığı

Bu gün Rusiyanın paytaxtı Moskvadakı “Prezident-hotel”də “Din və dünya” üçüncü Moskva beynəlxalq forumu keçirilib.

Ahlibeyt.az-ın məlumatına görə,Salamnews-un xüsusi müxbirinə verdiyi eksklüziv müsahibədə Moskva patriarxatlığının Kilsə və cəmiyyət qarşılıqlı münasibətləri şöbəsinin müdiri Vsevolod Çaplin Azərbaycan-Rusiya dini münasibətlərindən danışıb.

O deyib: “Azərbaycan-Rusiya münasibətləri kontekstində əsas məqamlardan biri, hesab edirəm ki, Rusiya pravoslav kilsəsi ilə hörmətli şeyx Allahşükür Paşazadənin rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsi arasındakı münasibətdir. Bu münasibətlər uzun illərdir, mövcuddur. Hələ Sovet İttifaqı dövründə möhtərəm şeyx və Moskva və Bütün Rusiya patriarxları Pimen, daha sonra II Aleksey və hazırda Kirill QMİ ilə qarşılıqlı fəaliyyət göstəriblər və hazırda da göstərməkdədirlər. Bütün müsəlman icmaları arasında ən yaxşı, ən səmimi və ən intensiv münasibətlərimiz Azərbaycan müsəlman icması ilədir.

Sevindirici haldır ki, Rusiyadakı azərbaycanlılar Rusiya pravoslav kilsəsinin dəstəyindən istifadə edirlər. Bir zamanlar millətlərarası münaqişələrlə əlaqəli müəyyən çətinliklərin olmasına baxmayaraq, biz Azərbaycan diasporunu hər zaman dəstəkləyir və hörmət edirik."

Azərbaycanın Rusiyadakı diasporu barədə danışan V.Çaplin qeyd edib ki, diaspor üçün ölkədə gözəl şərait yaradılıb: “Prezident İlham Əliyev və şeyxülislam Allahşükür Paşazadə ölkənin rusdilli əhalisini, pravoslav kilsəsini dəstəkləyir. Dəstək dini planda tikintidə, kilsə həyatının dəstəklənməsində də göstərilir. Bütün bunlar xristianlar və müsəlmanların bir yerdə yaşaya biləcəklərindən xəbər verir.

Ümid edirəm ki, bu misal müsəlman və xristianları öz missiyalarını yerinə yetirməyə imkan verməmək üçün süni şəkildə toqquşdurmağa cəhd göstərilən regionlar üçün nümunə olacaq."

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Oktyabr, 2015  16:41 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!