إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

V.Putin MDB xüsusi xidmət orqanları rəhbərləri ilə terrora qarşı mübarizə məsələlərini müzakirə edəcək

Bəzi dövlətlərin məqsədlərinə xidmət edən "İŞİD" lahiyəsini yaradanlar dünyadakı millətlərarası münasibətləri, dini və mədəni dəyərləri qlobal təhlükə ilə üz-üzə qoyublar

Ahlibeyt.az-ın məlumatına görə,RiaNovosti-yə istinadla verdiyi xəbərdə bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov MDB Ölkələrinin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 39-cu toplantısının açılışında bildirib:

Qiymətləndirməmizə əsasən, hazırda terror strukturlarının tərkibində dünyanın 100-dən çox ölkəsinin vətəndaşı döyüşür. Belə muzdluların payı 40% təşkil edir.

Rusiya FTB rəhbərinin sözlərinə görə,bəzi dövlətlərin məqsədlərinə xidmət edən "İŞİD" lahiyəsini yaradanlar dünyadakı dini və mədəni dəyərləri qlobal təhlükə ilə üz-üzə qoyublar."Ərəb baharı" çərçivəsində dünyada və regiondakı bəzi ölkələrin İŞİD terror təşkilatına verdiyi dəstək nəticəsində bu terror təşkilatınin gücü artırılmış və bu yolla həmin ölkələr öz siyasi niyyətlərinin həyata keçirilməsi istiqamətində fəaliyyətlərini artırmışlar.

O qeyd etmişdir ki, İŞİD terror təşkilatından gələn təhlükə üzrə MDB ölkələrinin sərhədlərini xüsusilə Mərkəzi Asiyada möhkəmləndirmək lazımdır.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin MDB ölkələri xüsusi xidmətlərinin nümayəndə heyətləri rəhbərləri ilə paytaxt Moskvada görüş keçirəcək.Görüşdə Suriya və Əfqanıstanda hazırlanan terrorçularla mübarizə məsələləri müzakirə ediləcək.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Oktyabr, 2015  13:11 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!