|
• DünyadaBu gün AşuradırBu gün Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır İmam Rza(ə)buyurur: "Məhərrəm; o aydır ki, cahilliyət dövrünün camaatı həmin ayda müharibə etməyi haram bilirdilər. Amma onlar bizim qanımızı halal bildilər, bizim hörmətimizi ayaq altına atdılar, balalarımızı və qadınlarımızı əsir etdilər, xeymələrimizə od vurdular, əşyalarını qarət edilər və Hz.Rəsuləllahın(s) bizim barəmizdə olan göstərişlərinə əməl etmədilər. İmam Hüseynin(ə) şəhadət günü bizim gözlərimizi ağlatdı və göz yaşlarımızı rəvan etdi. Əzizimizi Kərbəlada məhv etdi və bizi Qiyamətədək giriftarçılığa və bəlaya düçar etdi. Əgər kimsə ağlamaq istəsə, gərək İmam Hüseynə(ə) ağlasın. Çünki bu ağlamaq günahları bağışladar.Sonra dedi: Atam(İmam Museyi kazım) Məhərrəm ayı daxil olan zaman gülməyi tərk edərdi. Aşurayadək qəmlənərdi. Aşura günü isə hüzn, müsibət və ağlaşma günü olardı və buyurardı ki, bu gün Hüseyn(ə) qətlə yetirilib." Hicri-qəməri tarixi ilə 61-ci il Məhərrəm ayının 10-da (miladi təqvimi ilə 10 oktyabr 680–ci il) Həzrət Məhəmmədin (s) nəvəsi, Həzrət Əli (ə) və Xanım Fatimənin (s.ə) oğlu, müsəlmanların 3-cü imamı – imam Hüseyn (ə) və tərəfdarları Kərbəla çölündə Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib. İmam Hüseynin (ə) əhli-əyalı isə Yezidin qoşunu tərəfindən əsir alınaraq Kufəyə aparılıb və oradan Şam şəhərinə sürgün edilib.
Bu hüznlü gündə Ahlibeyt.az bütün müsəlmanlara başsağlığı verir.Allah hər birimizı matəm və əzadarlıqla bərabər mühüm olan imam Hüsey(ə)və Kərbəla şəhidlərinin məktəbi ilə yaxından tanış olmağı,o böyük şəxsiyyətin hədəfləri ilə bir olmağı,pak yaşamaq,düzgün düşünüb düzgün əməl etməyi nəsib etsin. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Oktyabr, 2015 09:04 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |