|
• Dünyadaİstanbul millət vəkili - İŞİD-in istifadə etdiyi kimyəvi qazlar Türkiyədə hazırlanıbİŞİD terror təşkilatı İraqın Tikrit vilayətinin şimalında hökumət qüvvələrinə qarşı kimyəvi qazlardan istifadə edib Ahlibeyt.az-ın verdiyi xəbərə görə, İslamazeri.az Türkiyə mətbuatına istinadən verdiyi məlumatda bildirilir ki,İraq qüvvələri komandanlığı tərəfindən verilən yazılı açıqlamada, İŞİD terror təşkilatının Tikritin şimalında İraq ordusuna qarşı kimyəvi maddə-xlor qazı tərkibli bombalardan istifadə etdiyi bildirilib. Açıqlamada İŞİD terror təşkilatının daha əvvəllər də İraq və Suriyanın müxtəlif bölgələrində, xüsusilə də Hələbdə kimyəvi qaz tərkibli bombalardan istifadə etdiyi qeyd olunur. CHP-dən İstanbul millət vəkili Barış Yarkadaş və Ərən Ərdəm ilə Ərdahana gələn CHP baş katibi Gürsəl Təkin CHP bölgə təşkilatında mətbuat konfransı keçirib. Yarkadaş İŞİD-in kimyəvi silahlara sahib olduğunu bildirərək "Suriyada kimyəvi qazların istifadəsi ilə əlaqədar BMT-də araşdırma aparılıb. Kimyəvi qazlardan İŞİD-in istifadə etdiyi üzə çıxıb. Kimyəvi qazın Türkiyədə hazırlanması barədə sənədləri gələn həftə təqdim edəcəyik. Bu insanlıq və müharibə cinayəti çərçivəsində istifadə edilən silahların Türkiyədən hansı hökumət rəsmiləri və hansı qurumların məlumatları daxilində buralara köçürüldüyünü sənədləşdirəcəyik", - deyə açıqlayıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Oktyabr, 2015 14:03 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |