|
• Mənəviyyat • MənəviyyatQuranda spirtli içkilərin qadağan olunmasıHəqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı? [Maidə surəsi, 91] Quranda spirtli içkilərə işərə olunan "خمر” (xəmr)k'lm'si örtmək mənasını ifadə edir. Bir termin kimi isə kefləndirici içkilərə deyilir. Bu heç də təsadüfi deyil,spirtli içkilər insan ağlının üstünü örtür və yaxşını pisdən ayırmağa imkan vermir. Allah-taala Quranda şərab məsələsinə dörd mərhələdə toxunmuşdur. Birinci mərhələdə buyurur: Siz xurma ağacının meyvələrindən və üzümlərdən sərxoşedici içki və xeyirli ruzi hazırlayırsınız. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır. [Nəhl surəsi, 67] Bu mərhələdə üzüm və xurmadan halal və düzgün istifadədən söhbət açılır və faydalı istifadə yolu göstərilir. Bu tərbiyə üslunun ilk mərhələsidir. İkinci mərhələ: Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür”(Bəqərə219) Bu mərhələdə bir neçə məsələyə diqqət yetirmək lazımdır. Birinci: Quran şərabın haram olduğunu bildirmək istəyərkən ötəri şəkildə onun günah olduğunu önə çəkir. İkinci: Quran çirkin əmələ qarşı mübarizəni sərt şəkildə başlamır. Üçüncü mərhələ: "Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (və ya namaz qılınan yerə) yaxınlaşmayın”(Maidə, 90-91. ). Bu ayə haqqında təfsirçilər arasında bir neçə baxış mövcuddur. 1. Ayədən məqsəd budur ki, müsəlmanlar şərab içdikdən sonra sərxoş vəziyyətdə namaza yaxın durmasınlar. Bunun iki faydası var: a) Allahla münacat etmək nə dediyini başa düşməkdən, dərk etməkdən asılıdır.Məst halda Allahın qarşısında dayanmaq həm ədəbsizlik, həm də faydasızdır. b) Beş namazın vaxtlarının bir-birinə yaxın olması spirtli içki içməyə mane olurdu. Bu bir növ alkoqolizmlə mübarizə idi. 2. Bəzi şiə və əhli-sünnə təfsirçilərinə görə məlum ayə yuxu ilə bağlıdır. Yəni yuxulu ikən namaza yaxın durmayın. Bu bir çox rəvayətlərdə də öz əksini tapmışdır. Dördüncü mərhələ: "Ey iman gətirənlər!Məstedici işki də, qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?”(Maidə 90) Bu ayə şərabın hökmünü qəti olaraq açıqlamışdır. Lakin bu öncəki üç mərhələdə yaranmış hazırlıqdan sonra idi. Belə ki, ayə nazil olduqdan sonra (cahillik dövrünün şərab içənlərindən olan) Ömər ibn Xəttabın cavabı انتهینا .... انتهینا "artıq içməyəcəyik” sözləri oldu. Bu ayə nazil olduqda əlində şərab camı olanlar, camları sındırdılar. Camlar küçələrə töküldü. Cəmiyyət yekdilliklə şəriət hökmünə boyun əydi. Bu, Quranın heyrətləndirici tərbiyə üsulunun təsiri idi. Bu ayədə şəraba qadağa qoyulmaqla yanaşı onun fəsadları da açıqlanmışdır. İslamdan öncə spirtli içkilərin içilməsi gündəlik adi həyatın bir hissəsini təşkil edirdi. Tədqiqatçılara görə şərab ilk dəfə İslamda qadağan olunmuşdur. Belə ki, bu qadağadan sonra İslama doğru etiraz səsləri ucalmağa başladı. Bu hökm bir çoxlarına qəribə gəldi və səbəblərini araşdırmağa başladılar Fransa tarixçisi Rhenan yazır: "İslam dini öz ardıcıllarını bir çox təhlükədən, o cümlədən donuz, itin artığı və şərabdan xilas etmişdir”. Quranda və əhli-beytdən (ə) gələn rəvayətlərdə spirtli içkilərlə mübarizə məqsədi daşıyan bir neçə hökm var. 1. Hər növ spirtli içkini içmək haramdır. 2. Maye halında olan kefləndirici maddələr murdardır (texniki spirt istisnadır). 3. Spirtli içkilərlə murdar olmuş qab az su ilə (bəzi müctehidlərə görə kürr və axar su ilə də) 3 dəfə yuyulmalıdır (7 dəfə yuyulması isə müstəhəbdir - daha yaxşıdır). 4. Spirtli içki içdiyi sübut olunan şəxsə məhkəmə tərəfindən 80 qamçı kəsilir. Spirtli içkilərin haram və murdar olmasına bir neçə baxımdan yanaşmaq olar. Əhli-beytdən (ə) gələn rəvayətlərdə, tibb elmləri üzrə mütəxəssislərin açıqlamalarında spirtli içkilərin mənəvi, ictimai və gigiyenik zərərləri haqqında maraqlı faktlar var. Aşağıda bu faktları diqqətinizə çatdırırıq. Rəvayətlərdə şərabın mənfi təsirləri. Peyğəmbər(s)buyurur:"Şərab çirkinliklərin, cinayət və səviyyəcə alçaq işlərin törədicisidir” İmam Baqir (ə) buyurur:"Daim şərab içən (alkoqolik) bütpərəst kimidir. Şərab insanda bədənin əsməsinə gətirib çıxarır. Onun kişiliyini, insafını məhv edir. Şərab, ona qurşanmış insanı yaxınlarına qəsd etməyə, yaxın qohumları ilə intim münasibətə sürükləyir. Sərxoş insan öz məhrəmləri ilə zina etməyə belə cəsarət edir. O, sərxoş vəziyyətdə nə etdiyini bilmir. Şərab onu istənilən təhlükəli işə vadar edir” Spirtli içkilərin - mənəvi və ictimai təsirləri - Spirtli içkilər insanlığı əldən alır. Spirtli içkilər insanların ağılını əlindən alır. Onlar sərxoş vəziyyətdə təhlükəli hal alırlar. Alkoqolizmin ictimai ziyanları - Şərab içmək şeytani əməllərdəndir. Şeytan bu yolla insanların arasında düşmənçilik salır. "Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər” (Maidə, 90-91). Alkoqoliklər onlarda yaranan (sərxoş ikən) yırtıcılıq əhval-ruhiyyəsinin təsiri ilə hər bir cinayəti törətməyə hazır olurlar(Maidə, 6. ). Statistik məlumatlara görə alkoqoliklərin ictimai cinayətləri olduqca çoxdur("Eləl ə؛-؛ərai”, səh. 279-281. ). Alimlərdən biri yazır:"Əgər hakimiyyət dairələri spirtli içki təklif olunan yeməkxanaların yarısının bağlanacağına zəmanət versələr, xəstəxana və dəlixanaların yarısına ehtiyac olmayacağına zəmanət veririk”. Deməli, spirtli içkilərin dövlətə keçəri xeyiri (şərabçılardan alınan vergi və s.) olsa belə, ziyanı daha çoxdur. Bu, Quranın əsrlər öncə xəbər verdiyi həqiqətdir (Bəqərə, 219). Alkoqolizmin mənəvi ziyanları Spirtli içkilər ümumilikdə insanı dindən çıxarır. Quran xüsusi olaraq onun Allahı xatırlamağa, namaz qılmağa mane olduğunu bildirir (Maidə, 90-91). Spirtli içkilərin mühüm ziyanlarından biri də özünü ictimai davranış qaydalarında, etik normalarda göstərir. Alkoqolikin ailəyə, övlada qayğısı, sevgisi son həddə enir. Bir çox hallarda bu katiqoriyalı insanların öz övladlarına belə qəsd etdikləri müşahidə olunmuşdur Alkoqolizmin tibbi ziyanları İçilmiş alkoqol (ağız, mədə və ağciyər selikli toxumaları vasitəsi ilə) asanlıqla qana sorularaq mərkəzi sinir sistemində bir sıra pozğunluqlar törədir. Əgər hamilə qadın alkoqol içərsə, içilən alkoqolun müəyyən hissəsi bətndəki uşağa ötürülür və birbaşa beyin hüceyrələrinə təsir göstərir. Spirtli içkilərin törətdiyi xəstəlikləri əsasən iki hissəyə ayırmaq olar. Narkotik sərxoşluq - Böyük dozada alkoqol içənlərdə baş qaldırır. Sərxoş şəxs dərin yuxuya gedir, onun vətər, dəri və başqa refleksləri zəifləyir, hətta ürək fəaliyyəti və tənəffüsü həyat üçün qorxu törədəcək dərəcədə pozula bilər. Əgər müntəzəm şəkildə alkoqol içilərsə, bu xroniki alkoqolizmə səbəb olur. Nəticədə xəstənin əmək qabiliyyəti pozulur və ya itir, iradəsi zəifləyir. Onlar özlərini normal idarə edə bilmir. Xroniki alkoqolizm qan-damar sistemində distrofik dəyişikliklərə, hipertoniya xəstəliyinin sürətlənməsinə, qaraciyər və böyrəklərin funksiyasının pozulmasına, ağır psixi və somatik pozğunluqlara və s. səbəb olur. Xroniki alkoqolizm ağıl zəifliyi, alkoqol epilepsiyası, bəzi hallarda alkoqol psixozları ilə nəticələnə bilər. Bəziləri etiraz edirlər ki, az miqdarda spirtli içkinin qəbul olunması xəstəliyə səbəb olmur. Bu etiraza cavab olaraq bildirmək lazımdır ki, "Sərxoşluq” adlanan xəstəlik (içkinin az və ya çox qəbul olunmasından asılı olmayaraq) baş verir və kəskin ağıl pozğunluğu ilə müşyiət olunur. Xronik alkoqolizm nəticəsində psixozlarının ən çox təsadüf olunan formasında xəstə səbəbsiz vahimələnir, yuxusu pozulur, daha sonra hallüsinasiya müşahidə edilir. Alkoqol hallüsinozu da kəskin və xronik olur. Ən çox eşitmə hallüsinasiyasına təsadüf edilir. Bu zaman xəstəyə elə gəlir ki, üstünə qışqırırlar, hərəkətlərini pisləyirlər, onu hədələyirlər, ləkələmək, yaxud nahaq yerə cəzalandırmaq istəyirlər. Qısqanclıq sayıqlaması - Qısqanclıq sayıqlaması xronik alkoqol psixozlarının ən xarakterik formasıdır. Bu zaman xəstədə əsassız qısqanclıq hissi baş qaldırır, onu heç vəchlə bu fikirdən daşındırmaq olmur. O, hətta şübhələndiyi adamın, eləcə də yaxın tanışlarının həyatına qəsd edə bilər. Dipsomaniya alkoqolizm nəticəsində baş verən xüsusi xəstəlik formasıdır. Belə hallarda xəstə yalnız xəstəlik tutması zamanı sərxoşluq edir. Tutmalar arasındakı müddətdə isə spirtli içkiyə həvəsi olmur, hətta ondan ikrah edir. Tipik hallarda, xəstə bədbinlikdən şikayətlənərək içməyə başlayır. Sonralar isə içkiyə aludəlik xəstənin onsuz da pozulmuş iradəsinə hakim kəsilir. O,iş qabiliyyətini itirir, hərəkətlərinə nəzarət edə bilmir. Həzm xəstəlikləri (buraya ağız-boğaz selikli qişalarının zədələnməsi, qida borusu iltihabı, ağır qanqusma, qida borusu xərçəngi, kəskin mədə iltihabı, xronik mədə iltihabı, mədə xərçəngi, mədə yarası, mədəaltı vəzi iltihabı, qaraciyər xəstəlikləri və s. daxildir). Şərabın haram və murdar olunmasının səbəbləri qeyd olunanlarla bitmir. Lakin qeyd olunan xəstəliklər haqqında iki məqamı nəzərdən qaçırmaq olmaz.1)Bu xəstəliklər ümumi xarakter daşımır. Yəni bütün alkoqoliklər bu xəstəliklərə yoluxmur. İnsanların orqanizminin dayanıqlılığı müxtəlifdir.2)Qeyd olunan xəstəliklərin bir çox amilləri mövcuddur ki, onlardan yalnız biri spirtli içkilərdir. Spirtli içkilərə qadağa qoyulması Quranın elmi möcüzələrindən biridir. Bu hökm açıqlandıqda bəşəriyyət çox böyük iştahla bu növ içkiləri içir və onun gigiyenik fəsadlarından xəbərsiz idi. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Oktyabr, 2015 14:54 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |