إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyə koalisiyası Yəməndə səhvən 30 tərəfdaşını məhv etdi

Ərəb koalisiyası ölkələrinin qoşunları oktyabrın 17-də vurduğu hava zərbələrinin hədəfi öz tərəfdaşları olub.

Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə, vurulan zərbələrdən Səudiyyə koalisiyanın tərəfdaşı - prezident Məhsur Hadinin qoşunları zərər çəkib.

Yerli hakimiyyətin adı çəkilməyən nümayəndəsi bildirib ki, koalisiya səhv hədəfi vurub. Yanlış aviahücum nəticəsində 30 hərbçi həlak olub, daha 40 nəfər isə xəsarət alıb.

Lakin ərəb koalisiyasının nümayəndələri və Yəmən hakimiyyəti hələlik bu haqda heç bir şərh vermirlər.


Ərəb koalisiyasının lideri Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud əl-Feysəl və ABŞ dövlət katibi Con Kerri


Bu, son ay ərzində ikinci bənzər hadisədir. Oktyabrın 7-də də koalisiya qüvvələri səhvən toy şənliyi keçirilən çadırı bombardman ediblər. Nəticədə 15 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

Sentyabrın 28-də baş verən hadisə isə dəfələrlə daha çox itki ilə müşayiət olunub. Ölkənin cənubunda endirilən hava zərbələri nəticəsində toy şənliyində 130 nəfər ölüb. Ölənlərin əksəriyyətini qadınlar və uşaqlar təşkil edib.


Koalisiya qüvvələrinin oktyabrın 7-də toy şənliyinə hücumundan sonrakı görüntü
Lakin, baş verənlərə və ölkəyə, yerli dinc sakinlərə vurulan zərərə, itkilərə baxmayaraq, koalisiya qüvvələri gün keçdikcə öz qoşunlarını daha da artırırlar. Bu gün Yəmənin Ədənşəhərinə yüzlərlə Sudan hərbçisi gəlib. Onlar Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın tərkibində vuruşacaqlar. Ümumilikdə, Yəməndəki Sudan hərbçilərinin sayının 10 minə çatdırılacağı bildirilir.

Yəmən münaqişəsi təxminən 1 ildir ki, davam edir. Səudiyyə Ərəbistanı mart ayından etibarən ölkəyə hava zərbələri endirir. Məhz həmin dövrdə üsyançılar ölkənin böyük hissəsini ələ keçirmiş, prezident Mənsur Hadini ölkədən qovmuşdular. Səudiyyə Ərəbistanına qaçan prezident yenidən koalisiya üzvü olan ölkələrin köməyi və hərbi müdaxiləsi ilə yenidən Yəmənə qayıda bilmişdi.

BMT hesablamalarına görə, son aylarda Yəməndəki münaqişə nəticəsində 4,5 min insan həlak olub ki, onların ən az 2 min 110 nəfərini dinc sakin təşkil edir.

Daha əvvəl hüquq mühafizə təşkilatı olan Amnesty International ABŞ-ı Səudiyyə Ərəbistanı və tərədaşlarını silahlandırmanı dayandımağa çağırmışdı. Səbəb olaraq isə bildirmişdi ki, koalisiya qüvvələri daim olaraq yaşayış evlərini, məktəbləri və məscidləri bombalayırlar.

Rəsmi Ər-Riyad isə kaset bombalarının tətbiqini və vətəndaş obyektlərinin bilərəkdən bombardman edilməsini inkar edir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Oktyabr, 2015  14:11 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!