إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Peyğəmbər rolunu ifa edən uşaq: "Ayətullah Xamenei mənə azəricə bəzi şeylər dedi və tapşırdı ki, heç kəsə deməyim" (MÜSAHİBƏ)

İranlı rejissor Məcid Məcidinin rejissorluq etdiyi "Məhəmməd Rəsulullah" filmində islam peyğəmbərinin rolunu canlandıran Ərdəbil şəhərindən olan Ümid Heydəri müsahibə verib

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,Farsnews-agentliyinə müsahibədə yeniyetmə aktyor şəklinin çəkilməsinə icazə verməyib.

Müsahibədə azərbaycanlı istedad rola seçilməsi, çəkiliş zamanı baş verən hadisələr, Ayətullah Xamenei ilə görüşü barədə xatirələrini bölüşüb.

Müsahibənin qısa versiyasını təqdim edirik:

 

- Rola seçilərkən neçə yaşın var idi?

- İlk dəfə mənə təklif olunanda 5-ci sinifdə oxuyurdum

 

- İlk təəssüratların necə idi, nə hisslər keçirirdin?

- Demək çox çətindir. Çox gözəl hisslər idi. Rol almaq ehtimalım çoxaldığından, sonra dedilər ki, rejissor Məcid Məcidi valideynlərimlə görüşməlidir. O gündən tapşırdılar ki, saçlarımı kəsdirməyim.

 

- Məcid Məcidi sənə rolun ifasında kömək edirdimi?

- Məcidi daha çox mənəviyyat üzərində çalışırdı. Mənə namaz qılmağı tövsiyə edirdi. Mənimlə çox maraqlanırdı, öyrəndiyim şeyləri təkrar etməyimi istəyirdi.

 

- Çəkilişlər zamanı hər hansı hadisə baş vermədi ki?

- Bir dəfə atdan yıxıldım, bütün bədənim göyərmişdi. Çəkilişlərin birində dəvədən düşməli idim. Ona görə də köməkçiyə tapşırılmışdı ki, dayanan kimi dəvəni yatırtsın. Mən onları gözləmədən dəvədən yerə atıldım. Hamı etiraz etdi, çünki, əzilə bilərdim. Amma səhnə Məcid Məcidinin xoşuna gəlmişdi.

 

- Ayətullah Xamenei çəkiliş zamanı oraya gəlmişdi, həmin vaxt sən orada idin?

- Bəli. Çox gözəl görüş oldu. Rəhbər mənimlə Azərbaycan dilində danışdı. Məndən ailəm barədə soruşdu ki, hardadırlar, nə işlə məşğul olurlar? Bütün görüş boyu azəricə danışdıq. Sonra nahar vaxtı rəhbər məni öz yanında əyləşdirdi. Onunla birlikdə yemək yedik. Mənə bəzi tövsiyələr dedi və tapşırdı ki, heç kəsə deməyim. Bu günə qədər də bu tövsiyələri sirr kimi saxlamışam.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Oktyabr, 2015  14:06 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!