إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yəmən ordusu və "Ənsarullah"dan Səudiyyəyə ağır zərbə - 300 dən çox canlı qüvvə onlarla qırıcı təyyarə və hərbi texnika məhv edildi

Yəmən ordusu və Husilərə bağlı"Ənsarullah" xalq qüvvələrinin Səudiyyə Ərəbistanının Əsir vilayətində ordunun ən önəmli və ən böyük hərbi hava bazasına ballistik raketin atması nəticəsində 66 zabit və iki yüksək səviyyəli komandan öldürülüb. Bundan əlavə Amerika istehsalı olan 26 ədəd F-16 və hərbi helikopter məhv edilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə SaharTv Yəmənin əl-İttihad Press xəbər agentliyinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki,Yəmən ordusunun cümə axşamı günü Ərəbistanın Əsir vilyətində Xəmis Məaşit bazasına atdığı raket tam dəqiqliyi ilə hədəfə dəyib və bu bazaya böyük xəsarət vurub. Raket Xalid Bin Əbdüləziz bazasına atıldıqdan sonra partlayışlar 8 saat müddətinə davam edib və od-alov ətrafı bürüyüb.


Qeyd edilir ki,Yəmən ordusunun bu əməliyyatında səudiyyəlilərin ilkin xəsarətləri 17 ədəd F-16 qırıcı təyyarəsi, 9 ədəd hərbi helikopter, iki raketatma platforması,çox sayda silah-sursatı olan böyük bir silah anbarının məhv edilməsinə səbəb olub.

Həmçinin bildirilib ki, 66 müxtəlif rütbəli zabit öldürülüb və 299 zabit yaralanıb.

Bu bazada 83 nəfər hərbçi və İki yüksək rütbəli komandan da ölənlər arasındadır. İndiyə qədər onların kimliyi barəsində məlumat verilməyib.

Ərəbistan qırıcı təyyarələri də Yəmən paytaxtı Sənada Husilər və keçmiş prezident Əli Abdulla Salehin mövqelərini bombardman ediblər. Buna baxmayaraq, təcavüzkarlar öz məqsədlərinə çata bilməyiblər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Oktyabr, 2015  17:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!