|
• DünyadaHidistan Parlamentində ət davası: müsəlman deputat döyüldüHindistanda iqtidarda olan millətçi və sağçı "Bharatiya Canata Parti" (Bharatiya Janata Party, BJP) partiyasından olan deputatlar Kəşmirdə müsəlman həmkarına hücum edərək onu döyüblər. Müsəlman deputat evində təşkil etdiyi ziyafətdə qonaqlara qoyun ətindən bişirilmiş xörəklər verməkdə suçlanıb. Ahlibeyt.az-ın milli.az-a istinadən verdiyi xəbərə görə, BJP-dən olan millət vəkilləri parlamentin sessiyası başlayan kimi müsəlman deputat Rəşid Əhmədə hücum ediblər. Əhməd özunu qorumağa çalışıb və hücum edən hindu deputata yumruq vurub. Bundan sonra dava başlayıb. Əhmədin köməyinə gələn bir neçə deputat dalaşanları ayırıblar, sonra rəyasət heyətinin qarşısını kəsiblər. İqtidardakı BJP partiyasından olan millət vəkillərinin dediklərinə görə, Rəşid Əhməd evində təşkil etdiyi ziyafətdə qoyun ətindən hazırlanmış yeməkləri masaya düzdürməklə "milləti və hinduizm dinini təhqir edib". Hindistanın baş naziri Narendra Modi BJP lideridir. Bir qədər əvvəl Hindistanın Uttar-Pradeş ştatındakı Bizara kəndində yerli sakin, 50 yaşlı Məhəmməd Əhlak ölənədək döyülüb, onun 22 yaşlı oğlu isə şikəst edilib. Onların günahları evdə mal əti saxlamaq və yeməkdə şübhəli bilinmələri idi. Xatırladaq ki, inək hinduizmdə müqəddəs heyvan sayılır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Oktyabr, 2015 13:25 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |