|
• DünyadaMədinə polisi kanadalı şiə ruhanini həbs edibOktyabr ayının 30-u səhər Mədinə polisi Bəqi qəbirstanlığında kanadalı şiə ruhani Şeyx Üsamə əl-Əttarı həbs edib. Şahidlərin sözlərinə görə, Şeyx əl-Əttar və onunla birlikdə olanlar Bəqi qəbirstanlığının kənarında ziyarətnamə oxuyan zaman polis onlara təzyiq göstərərək həmin yeri boşaltmağı əmr edib. Polislə qarşıdurma yaranmasın deyə oranı tərk edənlər Məscidun-Nəbiyə(s) tərəf hərəkət ediblər. Lakin burada da onlar polis müdaxiləsilə üzləşiblər. Şeyx əl-Əttraı oğurluqda ittihamlandıran polislər onu zorla polis maşınına mindirərək polis məntəqəsinə aparıblar. Bildirilir ki, saxlanılan zaman polis şiddətinə məruz qalan və xəsarət alan Şeyx Üsamə əl-Əttar hələ də polis məntəqəsində saxlanılır. Qeyd edək ki, Kərbəlada dünyaya göz açmış Kanada vətəndaşı olan Şeyx Üsamə əl-Əttar ruhani olmaqla yanaşı kimya elmləri doktoru, professordur və Edmonton(Alberta) Universitetində müəllim işləyir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2011 07:56 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |