
Oktyabr ayının 30-u səhər Mədinə polisi Bəqi qəbirstanlığında kanadalı şiə ruhani Şeyx Üsamə əl-Əttarı həbs edib.
Şahidlərin sözlərinə görə, Şeyx əl-Əttar və onunla birlikdə olanlar Bəqi qəbirstanlığının kənarında ziyarətnamə oxuyan zaman polis onlara təzyiq göstərərək həmin yeri boşaltmağı əmr edib. Polislə qarşıdurma yaranmasın deyə oranı tərk edənlər Məscidun-Nəbiyə(s) tərəf hərəkət ediblər. Lakin burada da onlar polis müdaxiləsilə üzləşiblər. Şeyx əl-Əttraı oğurluqda ittihamlandıran polislər onu zorla polis maşınına mindirərək polis məntəqəsinə aparıblar.
Bildirilir ki, saxlanılan zaman polis şiddətinə məruz qalan və xəsarət alan Şeyx Üsamə əl-Əttar hələ də polis məntəqəsində saxlanılır.
Qeyd edək ki, Kərbəlada dünyaya göz açmış Kanada vətəndaşı olan Şeyx Üsamə əl-Əttar ruhani olmaqla yanaşı kimya elmləri doktoru, professordur və Edmonton(Alberta) Universitetində müəllim işləyir.