إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Avropa növbəti miqrant təhlükəsi ilə üz-üzə

Avropa Şurasının prezidenti Donald Tusk Avropa Birliyinə xəbərdarlıq edib

Ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə, Tusk Suriyadan əlavə milyonlarla qaçqının gələ biləcəyini bildirib. AŞ prezidenti oktyabrın 6-da şuranın Strasburqda keçirilən iclasında bildirib ki, Türkiyənin hesablamasına görə, təkcə Hələb və ona yaxın ərazilərdən əlavə 3 milyon qaçqın gələ bilər. O, belə bir bəyanatla bir gün əvvəl Brüsseldə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bu məsələnin müzakirəsindən sonra çıxış edib.

Hazırda təkcə Türkiyədə 2 milyona yaxın suriyalı qaçqın var. Həmçinin 2015-ci ildə Yunanıstandan Avropa Birliyi ölkələrinə 10 minlərlə qaçqın keçib. Tusk qeyd edib ki, dünya bu məsələdə Avropaya kömək etmək fikrində deyil və birliyin bir sıra qonşuları bizim üzləşdiyimiz çətinlikdən həzz alırlar.

Avropa Şurasının prezidenti Donald Tusk

"2011-ci ildən bu yana Suriya müharibəsində 250 mindən çox adam ölüb"

Bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə miqrant böhranı ilə bağlı Avropa İttifaqının rəsmiləri ilə danışıqlar aparacağını qeyd etmişdi. Türkiyə hazırda iki milyon suriyalı qaçqının "evidir" və Avropaya səyahət etməyə çalışanlar üçün əsas çıxış mərkəzlərindən biridir. Müzakirələr zamanı Avropa İttifaqı rəsmilərinin Türkiyədə daha çox düşərgələr üçün maliyyə yardımı təklif edəcəyi gözlənilir. Ərdoğanın isə Suriyada müharibənin dayandırılması üçün Aİ-nin daha geniş iştirakına təkid edəcəyi bildirilir.


Suriyalı qaçqınlar Türkiyədə.

Türkiyə KİV-nin verdiyi məlumata görə, Avropa İttifaqı rəsmiləri düşərgələrin daha yaxşı olacağı və qaçqınların səhiyyə xidmətinin, iş yerlərinin olması halında sığınacaq axtaranların Türkiyədə qala biləcəyinə ümid edirlər.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Oktyabr, 2015  10:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!