إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bakıda möhtəşəm "Qədir-Xum" bayramı keçirildi - Fotolar

Qədir-Xum bayramı münasibəti ilə Bakıda möhtəşəm bayram tədbiri baş tutdu.

Ahlibeyt.az-ın AzadXeber.az-a istinadən verdiyi məlumata görə, Bakı Əyləncə Mərkəzində Əhlibeyt (ə) Alimlərinin təşkil etdiyi Qədirx-Xum bayramı tədbirində çox sayda inanclı iştirak edib.

Bayram tədbiri Qurani Kərimin tilavəti ilə başlayıb. Daha sonra Əhlibeyt (ə) məddahı Mehdi Dərbəndi mərasimi açıq elan edərək qonaqları salamlayıb.

Tədbirdə ölkənin İslam alimləri çıxış edib. Onlar çıxışlarında "Qədir-Xum"bayramının əhəmiyyətindən, İmam Əlinin (ə) məqamından, vəhdətdən və İslam dünyasında baş verən problemlərdən danışıblar.

Yığıncaqda ilahi nəğmələr səsləndirilib.

Qədir-Xum bayramı tədbirinin sonunda "Qardaşlıq əhdi (əqdi) və Fərəc duası oxunub.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Oktyabr, 2015  12:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!