|
• Dünyadaİraqda qaçırılan 16 türk işçi azadlıqdaTürkiyənin baş naziri Əhməd Davutoğlu bir müddət əvvəl Bağdadda qaçırılan 16 türk işçinin sərbəst buraxıldığını açıqlayıb Ahlibeyt.az-ın Modern.az-a istinadən verdiyi xəbərə görə,bu barədə Türk mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki,BMT-nin Baş Assambleyasının 70-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedən Davutoğlu “Twitter”dən işçilərin Bağdaddakı səfirə təslim edildiyini və işçilərin sağlıq vəziyyətlərinin yaxşı olduğunu vurğulayıb: “Bir müddətdir Bağdadda saxlanılan 16 işçimizi az əvvəl Bağdaddakı səfirimizə təslim ediblər. Bəzi işçilərimizlə telefonda danışdım. Çox şükür, sağlamlıqları yerində. Ən qısa müddətdə məmləkətə dönmələri üçün bütün hazırlıqlar edilir. Bu müddət içində işçilərimiz üçün çox səy göstərən bütün iraqlı dostlarımıza ürəkdən təşəkkür edirəm.
İşçilərimizin yaxınlarına da keçmiş olsun diləklərimi çatdırıram. İraqın yenidən abadlığı üçün bu günə qədər olduğu kimi hökumətimiz, şirkətlərimiz və insanımızla İraqın yanında olmağa davam edəcəyik”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Sentyabr, 2015 12:31 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |