|
• DünyadaRusiya prezidenti V. Putin Bəşər Əsəd hakimiyyətini dəstəkləyəcəklərini bildirib“Hazırda Suriya ərazisində postsovet respublikalarından olan 2 mindən çox döyüşçü var. Onların geri qayıdacağı təhlükəsi var”. Ahlibeyt.az-ın Apa-ya istənadən məlumatına görə, bunu Nyu-Yorkda səfərdə olan Rusiya prezidenti Vladimir Putin yerli CBS telekanalına müsahibəsində deyib. “Belə olan halda həmin şəxslərin geri qayıtmalarını niyə gözləməliyik? Ondansa onlara qarşı mübarizə aparmaq üçün Əsədə kömək edək. Bu, Əsədə kömək etməyimiz üçün təkan verən əsas motivdir”, - deyə Rusiya prezidenti qeyd edib. V. Putin həmçinin bildirib ki, Rusiya nə Suriya, nə də digər ölkələrdə hər hansı hərbi əməliyyatda iştirak etməyəcək: “Ən azı hazırda belə bir planımız yoxdur. Bəşər Əsəd legitim prezidentdir. Onu Suriya xalqı seçib və yalnız suriyalılar onunla bağlı qərar verə bilər. Xarici qüvvələrin müdaxiləsi isə qəbuledilməzdir. Necə ki, bu, artıq İraq və Liviyada baş verib. Legitim dövlət başçılarının Qərbin əli ilə devrilməsi dövlətin parçalanmasına və regionda böyük xaosa gətirib çıxarır”. Rusiya prezidenti Sovet İttifaqının dağılmasını XX əsrin böyük faciəsi hesab etdiyini bir daha vurğulayıb. Onun sözlərinə görə, bu hadisə nəticəsində 25 milyon rus Rusiya sərhədlərindən kənarda qalıb: “Bu hadisə rusları bu gün dünyada ən çox parçalanmış millətə çevirib”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Sentyabr, 2015 15:57 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |