إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Həcc ziyarətini başa vuran Azərbaycanlı zəvvarların vətənə dönüşü başlayır

Azərbaycanlı zəvvarlar Həcc ziyarətini başa vurublar-Hacıların sabahdan Vətənə dönüşü başlayır

Ahlibeyt.az-ın məlumatına görə, Azərbaycanlı zəvvarlar Həcc ziyarətini artıq başa vurublar və zəvvarların qayıdışı ilə bağlı uçuş qrafikləri məlum olub.

Qafqaz müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Apa-ya bildirib ki, artıq zəvvarlar ziyarətin sonuncu əməli olan şeytana daş atma əməlini başa vurublar və indi vida təvafı ilə məşğuldurlar.

Zəvvarların şeytana daş atma əməlini sağ-salamat başa vurduqlarını deyən QMİ rəsmisi bildirib ki, sabahdan etibarən onların Ciddə şəhərindən Vətənə dönüşü başlayacaq: “Hər gün uçuşlar olmaq şərti ilə oktyabrın 1-i Ciddədən azərbaycanlı zəvvarları gətirən sonuncu təyyarı uçacaq”.

Qeyd edək ki, bu il Həccə Azərbaycandan 2400-ə qədər zəvvar yola düşüb. Onlardan ikisi Məkkədə dünyasını dəyişib və bu müqəddəs şəhərdə dünyasını dəyişən zəvvərlar üçün nəzərdə tutulan "Əl-Müsafirun"qəbristanlığında dəfn olunublar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Sentyabr, 2015  13:13 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!