|
• Mənəviyyat • Mənəviyyatİnsana üz verən çətinliklər...«Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandıqlarınızın ucbatındandır və (Allah) onların çoxundan keçir.»(Şura30) İmam Əli (ə): Allah, bəndələrini müxtəlif çətinliklərlə sınayır, müxtəlif zəhmət və çalışqanlıqlarla bəndəliyə vadar edir, cürbəcür xoşagəlməz şeylərlə imtahana çəkir ki, onların qəlbindən təkəbbürü çıxarsın, onları təvazökar etsin və bunu öz lütf və bəxşişinə tərəf açılmış qapılar və əfv edərək bağışlaması üçün vasitələr etsin.» «Həqiqətən siz bir-birinizə qarışacaq və (sonra) xəlbirdən keçiriləcəksiniz ki, aşağıda olan üzə çıxsın və yuxarıda olan alta getsin, geridə qalanlar qabağa keçsinlər və qabağa keçənlər geridə qalsınlar.» İmam Rza (ə)buyurur:«Atamı yuxuda gördüm və o buyurdu:«Oğul! Çətinlik içərisində olan zaman «ya Rauf, ya Rəhim» cümləsini çox de. Yuxuda gördüyün aşkarda gördüyün kimidir (yəni bu dediklərimi yuxu sanma, aşkar kimi qəbul et).» İmam Sadiq (ə):«İnsanların ən çox bəla çətinliyinə düçar olanı peyğəmbərlərdir. Peyğəmbərlərdən sonra onların canişin və davamçıları və daha sonra sıra ilə kim daha yaxındırsa daha çox!» «(Siz mö’minlər,) sizdən əvvəl köçmüş kəslərin başlarına gələnlər hələ sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızı güman edirsiniz?! Onlara ziyanlar dəydi, sarsıntı və narahatçılıq keçirdilər, o yerə kimi ki, Allahın elçisi və onunla birgə olan möminlər «Allahın köməyi və yardımı nə vaxt yetişəcək?» deyirdilər. (Dedik:) «Bilin, Allahın köməyi həqiqətən yaxındır» (Bəqərə, ayə 214) İmam Kazim (ə):«Siz bəlanı nemət, asayiş və rifahı isə müsibət hesab etməyincə əsla mömin olmazsınız. Çünki bəla və çətinliyə səbr etmək asayiş və rahatlıq içərisində qəflətdə olmaqdan daha dəyərli və üstündür.» İmam Əli (ə) çətinlik və bəlalaırn dəf olunması üçün buyurur:«Hər bir çətinlik və müşkül zamanı “La hövlə və la qüvvətə illa billahil-əliyyil-əzim” «Uca və böyük Allahdan başqa bir güc və qüdrət yoxdur» de. (Belə deyəndə) həmin çətinlik aradan qalxır.» Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Sentyabr, 2015 12:17 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |