|
• DünyadaSeyid Həsən Nəsrullah -"Dəməşqi işğal etmək istəyirdilər”Livan televiziya kanalına müsahibə verən Hizbullah lideri İŞİD, Əsəd və Mina faciəsi mövzusunda açıqlamalar edib
Ahlibeyt.az-ın islamazeri-yə istinadən verdiyi xəbərə görə, "Sputniknews"un yaydığı məlumatda qeyd olunur ki, Livanın "əl-Mənar" televiziyasına müsahibə verən Hizbullah lideri Həsən Nəsrullah ABŞ prezidenti Barak Obamanın İŞİD-lə mübarizə strategiyasının uğursuz olduğunu ifadə edərək bildirib: "Suriyadakı müharibənin üstündən 5 il keçdi. Hədəf Dəməşqi ələ keçirməkdir. Bu gün`uğursuzluq` büdrəməsi başlayıb"
Suriya prezidenti Bəşər Əsədin böhranın həllinin bir hissəsi olduğunu müdafiə edən Nəsrullah "Bunun səbəbi bu ana qədər müqavimət göstərilməsidir. Qaçqınların Avropaya axın etməsinin dayanması və böhranın həlli Suriyadakı müharibənin dayanmasına bağlıdır",- fikrini söyləyib.
Rusiyanın Yaxın Şərqdə Suriyadan başqa müttəfiqi olmadığı fikrini müdafiə edən Nəsrullah vurğulayıb ki, "Rusiyanın mövqeyi olduqca qətidir. Hizbullah olaraq bizim mövqeyimiz də Suriya və bölgədəki böyük təhlükələrin dəf edilməsinə töhfə verən hər cür gücə isti yanaşmaqdır. Hizbullah regional hadisələrdə təsiri olan Livanlı bir qrupdur. Bizim haqqımızda dövlət içində dövlət sözü qəbul edilə bilməz"
Nəsrullah Minadakı izdiham faciəsi məsələsinə də toxunub. O, faciəyə görə Səudiyyə Ərəbistanını ittiham edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Sentyabr, 2015 14:08 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |