|
• DünyadaHəcc ziyarəti prosesini İslam dövlətlərinin nümayəndələri idarə etməlidirlər-VideoHəcc ziyarəti başa çatmamış Səudiyyə Ərəbistanından bu il artıq 3-cü faciə xəbəri yayılıb - Belə ki, inşaat kranının aşması, binaların birində partlayış baş verməsi və bu gün Minada yaranmış sıxlıq nəticəsində 750 nəfər dünyasını dəyişmiş, 850-dən çox zəvvarın yaralanmışdır və bu rəqəmin artması istisna deyil Ahlibeyt.az-ın SalamNews-a istinadən xəbər verir ki, həcc ziyarəti dövründə ayrı-ayrı şəxslərin təbii ölümü heç kimdə təəccüb, etiraz doğurmasa da, yerli hakimiyyət orqanlarının zəif və məsuliyyətsiz təşkilatçılığı nəticəsində həyatını itirənlərin çoxluq təşkil etməsi Səud hakimiyyətinə qarşı haqlı narazılıq yaradır. Bu gün Səudiyyə Ərəbistanında həcc mərasimi ərəfəsində zəvvarların kütləvi ölümü ilə bağlı hadisədən sonra İran parlamentinin deputatları Riyad hökumətini bu müqəddəs mərasimi idarə edə bilməməkdə ittiham ediblər. İranlı parlamentarlar həcc mərasiminin idarəçiliyinin Səudiyyə hökumətindən alınmasını və müsəlman ölkələrindən ibarət şuraya həvalə olunmasını tələb ediblər. Artıq, sözügedən təklif bir neçə din alimi tərəfindən də təsdiqlənib. Qeyd edək ki, sentyabrın 11-də qaldırıcı kranın zəvvarların üzərinə düşməsi hadisəsində də İran tərəfi Səudiyyə Ərəbistanını bacarıqsızlıqda ittiham edib. Bununla bağlı müsəlman dünyasının tanınmış müctəhidlərindən olan ayətullah Nasir Məkarim Şirazi də açıqlama yayaraq, Səudiyyə hökumətini bu böyük mərasimi idarə edə bilməməkdə ittiham etmişdi. Bildirək ki, bu gün Mina dağında şeytanın daşlanması mərasimində baş verən sıxlıq nəticəsində azı 750 nəfər zəvvar həyatını itirib, 850 nəfərdən çox zəvvar xəsarət alıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Sentyabr, 2015 21:15 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |