إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ərəfə gecəsi və gününün əməlləri

Bu axşam gün batdıqdan sonra(şam azanını zamanı)mübarək Ərəfə gecəsi daxil olur.Sentyabrın 23-ü Ərəfə günüdür

Ərəfat hacıların ərəfə günü (9 Zilhəccə) orada dayandıqları,dua və ibadət etdikləri yerin adıdır.Bu günün adlandırılması ilə əlaqədar bildiriblər ki, Cəbrayıl həcc mərasimləri zamanı İbrahimi (ə) öyrədirdi, Ərəfəyə çatdığı zaman ona dedi ki, “əriftu” (tanıdım), o cavab verdi bəli, elə buna görə də belə adlandırıldı.

9-cu gün ərəfə günü və əzəmətli bayramlardandır. Baxmayaraq ki, bayram adlandırılmamışdır. Ərəfə bir gündür ki, Allah-taala bəndələrini ibadət və itaətə çağırır və öz ehsan və bərəkət sürfələrini onlar üçün açır. Şeytan bu gündə daha zəlil, daha alçaq və qovulmuşdur və hər zaman olduğundan daha qəzəbli olur.

9-cu gecə bərəkətli və diləkləri həyata keçirənlərin minacat gecəsidir. Bu gecədə tövbə və dua qəbul olunar. Bu gecədə ibadətin 170 ilin ibadəti qədər əcri vardır.

Ərəfə gününün əməlləri

Bu gün üçün əməllər zikr olunub:

Peyğəmbər bu gün tutulan orucun, keçmiş və gələcək bir illik günaha kəffarə olacağını bildirmişdir

Qüsl

İmam Hüseynin (ə) ziyarəti

Əsr namazından sonra Ərəfə dualarını oxumağa başlamamışdan

öncə iki rükət namaz qıla, Allah-taalanın yanında öz günahlarını etiraf edə ki, Ərəfənin savabını qazansın və günahları bağışlansın.

Həzrət Məhəmmədin (s.ə.s) Ərəfə günündəki zikrlərini oxumaq

Ümm-Davud duasını oxumaq

İmam Hüseynin (ə) Ərəfə günündəki duasını oxumaq

Ərəfə gününün sonunda bu dua oxunsun:    “یا رَبِّ اِنَّ ذُنُوبى لا تَضُرُّکَ وَاِنَّ مَغْفِرَتَکَ لى لا تَنْقُصُکَ فَاَعْطِنى ما لا"

İlahi! Mənim günahlarım sənə ziyan verməyə, mütləq sənin bağışlamağın da mənə nöqsanlar verməz. Bəs mənə əta et.

یَنْقُصُکَ وَاغْفِرْ لى ما لایَضُرُّکَ و ایضا بخوان : اَللّهُمَّ لا تَحْرِمْنى خَیْرَ ما

Nöqsanımı çatdırmayan və ziyanımı vurmayanı mənə əta et. İlahi! O xeyirdən məni məhrum et ki,

عِنْدَکَ لِشَرِّ ما عِنْدى فَاِنْ اَنْتَ لَمْ تَرْحَمْنى بِتَعَبى وَ نَصَبى فَلا

Sənin yanındadır, o şərə görə ki, mənim yanımdadır. Bəs əgər sən mənim əzab və yorğunluğuma rəhm etmirsənsə,

تَحْرِمْنى اَجْرَ الْمُصابِ عَلى مُصیبَتِهِ

Onda müsibətindən müsibət görən mükafatdan məhrum etmə.

8. Məşlul duasını oxumaq

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Sentyabr, 2015  15:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!