إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Zəvvarlarımız Məkkədə Həzrəti Məhəmmədin (s) xanımı Xədicə və əmisi Əbu-Talibin məzarını ziyarət edib - Video

Müqəddəs məkanda olan zəvvarlarımız ziyarətlərinin 11-ci günü başa vurdular.

Ahlibeyt.az-ın ANsTv-yə istinadən məlumatına görə, Məkkədə olan zəvvarlarımız Əbu-Talib qəbirstanlığını ziyarət etdilər. Buranı ziyarət etmək Həcc ziyarətinə gələn hər bir müsəlmanın borcudur.

Məkkənin ən müqəddəs yerlərindən biri olan bu qəbirstanlığa Cənnət Məkan da deyilir. Bura imamlarımızın Mədinə şəhərində dəfn olunduğu Bəqi məzarlığından sonra ikinci müqəddəs qəbirstanlıq saylır.

“Bu qəbirstanlığı zəvvarlar tərəfindən ziyarət olunmasının çox böyük savabı var. Burada peyğəmbərimizin ulu babası Əbdül Manafın, eləcə də peyğəmbərimizin babası Əbdül Mütalibin məzarı var. Eyni zamanda, burada peyğəmbərimizin əmisi və Həzrət Əlinin atası Həzrət Əbu Talibin məzarı var. Bundan başqa, bu qəbirstanlıqda peyğəmbərimizin ən sevimli xanımı olan Həzrət Xədicənin məzarı var”, – deyə zəvvarların qrup rəhbəri Hacı Şahin Həsənli bildirib.

Bu məzarlıqda uyuyan iki şəxs Həzrəti Məhəmmədin (əs) xanımı Xədicə və əmisi Əbu-Talib peyğəmbərə an çox dəstək olanlardır.

Zamanında Məhəmməd peyğəmbər (s.ə.s) özüdə bu qəbirstanlığı ziyarət edərək ona əziz olan iki insan üçün göz yaşı axıdarmış.

“Peygəmbərimiz gənc yaşlarında, peyğəmbərliyə çatdığı ilk dövrlərdə, yəni Məkkədə işgəncələrə məruz qaldığı zaman əmisi Əbu-Talib öz nüfusunda istifadə edərək onu Məkkədə himayə edir. Və onun himayəsi ilə peyğəmbər öz dəvətinin icrasına başlayır. Digər bir tərəfdən isə peyğəmbərimizim xanımı Həzrət Xədicə bütün var dövlətini Allah yolunda sərf edir. Bu baxımdan da peyğəmbərə dəstək olur”,– deyə hacı Şahin Həsənli qeyd edib.

Peyğəmbərin ailə üzvləri ilə yanaşı bu qəbirstanlıqda Mirsoltan ağa adlı bir azərbaycanlı da uyuyur. Mirsoltan ağa düz 22 il öncə Həcc ziyarətinə gələrkən Məkkədə dünyasını dəyişib.

“Atamın burda dünyasını dəyişməsi təsadüf deyildi. Çünki o, illər öncə həcc ziyarətinin arzusunda idi. Hər dəfə də o, qeyd edərdi ki, Allah mənim ziyarətimi qəbul edəcəkdirsə, mən Kəbədə, Allah evində dünyamı dəyişim”, - deyə Mirqadir Mirsoltanov xatırladıb.

Təəssüflər olsun ki, Mədinədə olduğu kimi Məkkə şəhərindədə Peyğəmbərin ailəsinin qohumlarının dəfn olunduğu qəbirstanlıqlara zəvvarların giriş qadağandır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Sentyabr, 2015  11:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!