إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Xəzəli İmam Rza(ə)hərəmində dəfn edildi - Foto

Tanınmış əxlaq ustadı, Qum dini elmi hövzəsinin ustadı, "İranın Ali Dini Rəhəbərini təyin etmə məclisi"nin üzvü Ayətullah Əbul-Qasim Xəzəlinin mübarək cənazəsi Cümə günü, 18 sentyabr müqəddəs Məşhəd şəhərində dövlət rəsmiləri və dini ictimaiyyətin iştirakı ilə dəfn olundu

Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə,dəfn mərasimində, Höccətul-islam Möhsin Xəzəli, Ayətullah İmami Kaşani (Tehranın İmam Cüməsi),Məhəmmədəli Şəhid (prezidentin müavini), Əlauddin Brucerdi (İslam Şurasında milli təhlükəsizlik komitəsinin üzvü), Ayətullah Seyid Əhməd Ələmulhüda və digər tanınmış şəxslər iştirak ediblər.

Ayətullah Xəzəlinin mübarək cənazəsi Cümə namazından sonra İmam Rza(ə) ziyarətgahının "Daruz-zöhd" eyvanında dəfn edildi.

Ayətullah Əbul-Qasim Xəzəli əxlaq ustadı və elmi hövzənin müəllimlərindən olmuş, "İslam İnqilabı Rəhəbərini təyin etmə məclisi"nin və milli konsitutsiyaya nəzarət şurasının üzvü idi. O, "beynəlxalq Ğədir təşkilatı"nı yaradaraq Əhl-Beyt (ə) məktəbi və maarifinin yayılmasında önəmli işlər görmüşdür.

O, "Ənvare Cavidan" (Əbədu Nurlar) təfsirinin sahibidir. Ayətullah bu təfsirdə həm Quranın Quranla təfsiri və  hədislə təfsiri üslubundan istifadə etmişdir. Bundan əlavə "Fatihə" surəsinə ayrıca təfsir yazmışdır ki, "Həmd kitabı" adı ilə çap edilmişdir.

Ayətullah Xəzəli bərəkətli bir ömür yaşamış, İran şahının devrilməsində fəal iştirak etmişdir.

Qeyd edək ki,Ayətullah Xəzəli 90 yaşında ikən dünyasını dəyişmişdir.

Ay%c9%99tullah-X%c9%99z%c9%99linin-c%c9%99naz%c9%99si-bu-g%c3%bcn-s%c9%99h%c9%99r-t%c9%99%c5%9fyi-v%c9%99-d%c9%99fn-edildi---FOTO

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Sentyabr, 2015  10:43 Çap

Bu bölmədə

© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!