إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Məkkə və Mədinənin idarə edilməsində bütün müsəlman ölkələri iştirak etməlidir

"Ali-Səud sülaləsi və Ərəbistanın hakim xanədanının əməlləri, Yəməndə törətdikləri cinayətləri , müsəlmanların qanlarına qəltan etmələrini nəzərə alaraq bildirməliyik ki, onların Kəbəni və Peyğəmbər (s) məscidini idarə etmək üçün lazım olan haqq və səlahiyyətləri sual altına düşür

Ahlibeyt.az-ın Shebestan-a istinadən verdiyi xəbərə görə,bunu  İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının üzvü Baqir Hüseyni Məkkədə qaldırıcı kranın aşması ilə baş verən faciəyə toxunarkən bildirib.

Siyasətçi qey edib ki,"Özünü iki müqəddəs ziyarətgahın(Məkkə və Mədinə) xidmətçisi elan edən bir ölkə heç bir əsas olmadan başqa İslam ölkələrnə təcavüz və müsəlmanaları qəliam edir”

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının üzvü bildirib ki, İslam ölkələri toplanmalı, yeni bir təşkilat yaratmalıdırlar. Bu təşkilat ortaq şəkildə, müəyyən proqram əsasında və bütün müsəlman ölkələrini təmsil edən vahid müdiriyyətlə Məscidul- Hamramı və Məscidun-Nəbini (s) idarə etmlidir.

Bu təşkilat həcc mərasimi günlərində həm ziyarətin təşkili, həm ona nəzartiə və həm də təhlükəsizlik məsələlərini öz öhdəsinə almalıdır. Çünki, Həcc müsəlmanların izzət, vəhdət və qüdrətinin nişanəsidir. O möhtəşəm təşkil edilməlidir.

Həcc mərasiminin möhtəşəm təşkilinin amillərindən biri bütün müsəlman ölkələridir və onların bu mərasimdə haqq və payı olduğundan idarəetmə məsələsində də yer almalıdırlar.

Baqir Hüseyni daha sonra bildirib: "Bizim əqidəmiz budur ki, Məkkə və Mədinə bütün müsəlmanlara məxsusdur, təkcə Ərəbistana deyil. Buna görə də,bütün müsəlman ölkələri onun idarəsində paya malik olmalıdırlar"

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Sentyabr, 2015  09:19 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!