إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“Reuters”: Suriya ordusu Rusiyanın verdiyi yeni silahlardan istifadə etməyə başlayıb

Suriya ordusu son günlər Rusiyadan göndərilən yeni silahlardan fəal şəkildə istifadə etməyə başlayıb

Ahlibeyt.az-ın Apa-ya istinadən xəbərinə görə, bu barədə “Reuters” agentliyi Suriyadakı hərbi mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, Suriya hərbi qüvvələri bir neçə həftədir Rusiyadan göndərilən yerüstü və hava sistemlərindən istifadə edirlər.

Hərbçilərin bununla bağlı xüsusi hazırlıq keçdiyi də qeyd olunur. “Silahlar yüksək keyfiyyətli və çox dəqiqdir, hədəfi dəqiqliklə vurur”, - deyə mənbə söyləyib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Sentyabr, 2015  16:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!