|
• DünyadaŞarli Hebdo jurnalı 3 yaşlı Aylanın dənizdə boğularaq ölməsini təhqir etdi + FOTODənizdə boğulan 3 yaşlı Aylanın kədəri bütün dünyanı bürüdüyü halda Fransanın satirik “Şarli Hebdo” jurnalı yenə müsəlmanlar qarşı mənfur bir addımla bu körpənin faciəsini istehza obyektinə çevirib Ahlibeyt.az-ın iqna-ya istinadən verdiyi xəbərə görə, Məhəmməd peyğəmbəri karikaturaları ilə mütəmadi təhqir edən Fransanın satirik jurnalı “Charlie Hebdo” növbəti dəfə qəzəb doğuracaq addım atıb. Jurnal bu ayın əvvəlində faciəli şəkildə ölən Aylan Kurdini karikaturası ilə hədəfə çevirib. “Charlie Hebdo” jurnalının son nömrəsinin üz qabığında Avropaya getmək istəyən, amma Aralıq dənizində batan və dalğaların sahilə çıxardığı Aylanın görüntüsünə yer verilib. “Hədəfə çox yaxın” başlığı altında verilən materialda suriyalı Aylanın Bodrumda tapılmış cəsədini yumor aləti edən jurnal “2 uşaq menyusu al, bir ödə” sözlərini əlavə edib. Jurnaldakı digər karikaturada isə, Aylanın cəsədi göstərilərək “Avropanın xristian olduğunun sübutu” yazılıb. Körpənin yanında, suyun üzərində dayanmış İsa peyğəmbər təsvir olunaraq “Xristianlar suda yeriyər, müsəlman körpələr isə batar” kimi ifadələr işlədilib. Xatırladaq ki, 3 yaşlı Aylan ailəsi ilə birlikdə Suriyadan İŞİD təhlükəsinə görə qaçaraq Türkiyəyə gəlib. Türkiyədən Avropaya getmək isə onlara nəsib olmayıb. Onların olduğu qayıq çevrilib və məlum faciə baş verib. Şarli Ebdonun bu addımı internet istifadəçilərini qəzəbləndirib. İngiltərənin "Qaradərili vəkillər birliyi" bu jurnalın əleyhinə şikayət edəcəklər. Birliyin rəisi miqrantları əziyyət etdiyi üçün Şarlinin beynəlxalq məhkəməyə verilməsini tələb edib Məlumatlarda bildirilir ki,jurnalın bu nömrəsi avropalılar tərəfindən birmənalı olaraq qarşılanmayıb və jurnal nəşrinə etirazlar səsləndirilib.
Qeyd edək ki,İsa peyğəmbərin təsviri olunduğu digər eskiz etik qaydalara və saytımızın hədəflərinə uyğun olmadığı üçün onun verilməsini uyğun bilmirik. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Sentyabr, 2015 12:22 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |