|
• Dünyada"Ənsarallah" Səudiyyə və müttəfiqləri üçün Yəmən torpaqlarının məzar olacağın bəyan edibSəudiyyə Ərəbistanı və müttəfiqləri cümə günü axşam saatlarından etibarən quru əməliyyatlarının başlandığını elan ediblər. Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə,Yəmən mətbuatının yaydığı məlumatda bildirilir ki, Körvəz koalisiyasına aid hərbi qüvvələr Yəmənin Mərib viiyi xəbərə göelayətindən Səna şəhəri istiqamətində hərəkətə başlayıblar. Lakin Yəmən ordusu və "Ənsarallah" döyüşçüləri Səudiyyə və müttəfiqlərinə məxsus 21 tank və zirehli texnikanı məhv ediblər. Bundan əlavə BƏƏ, Qətər və Səudiyyə Ərəbistanlı olan onlarla hərbçi məhv edilib. Ümumilikdə Səudiyyə və müttəfiqləri quru əməliyyatlarının ilk günündə aviasiya qüvvələrinin dəstəyi ilə 500 hədəfə zərbə endirib. Hücumlar nəticəsində onlarla mülki vətəndaş həyatını itirib. Yəmən ordusu və "Ənsarallah" öz növbəsində Səudiyyə Ərəbistanı Cizan vilayətində yerləşən “Dər əl-Nəsr” hərbi bazasına zərbələr endirib. Nəticədə ən azı bir Abrams-M1 tankı və Hummer markalı zirehli avtomobil sıradan çıxarılıb. Xatırladaq ki, Səudiyyə Ərəbistanı və müttəfiqləri quru əməliyyatı ilə Yəmənin paytaxtı Səna şəhərini ələ keçirmək istəyirlər. Yəmən ordusu və "Ənsarallah" Səudiyyə və müttəfiqləri üçün Yəmən torpaqlarının məzar olacağını və heç bir hədəfə çata bilməyəcəklərini bəyan edib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı və müttəfiqlərinin mart ayının 26-dan Yəmənə qarşı başlatdığı təcavüz nəticəsində minlərlə mülki vətəndaş həyatını itirib, 10 minlərlə vətəndaş isə yaralanıb. Yüz minə yaxın insan öz evlərindən didərgin düşüb. Minlərlə yaşayış binası, məktəb, xəstəxana və digər sosial obyektlər dağıdılıb. Yəməndə humanitar vəziyyət Səudiyyə və müttəfiqlərinin havadan və qurudan tətbiq etdiyi blokada səbəbindən günü-gündən pisləşir. Humanitar təşkilatlar Yəmənə yetərli diqqət ayırmırlar. Dünya ictimaiyyəti bəzi ölkələr çıxmaq şərti ilə Səudiyyə Ərəbistanının bu vəhşiliyinə göz yummaqdadır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Sentyabr, 2015 14:12 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |