إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İƏT terrora qarşı “#LongLiveTurkey” kampaniyasına start verib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşkilatçılığı ilə İƏT-ə üzv ölkələrin gənclər hərəkatları nümayəndələri və gənc fəalları tərəfindən təşkil edilən “Long Live Turkey” kampaniyası sosial mediada böyük marağa səbəb olub.


Ahlibeyt.az-ın verdiyi xəbərə görə,təşkilatdan islam.az-a verilən məlumatda bildirilir ki,kampaniya üçün hazırlanan videoçarx “Youtube” və “Facebook”da minlərlə gənc tərəfindən izlənilib və paylaşılıb. Bununla yanaşı “Twitter” üzərindən "#LongLiveTurkey" https://twitter.com/hashtag/longliveturkey həştəqi ilə Türkiyəyə dəstəklərini nümayiş etdirən gənclər, həştəqin dünya üzrə reytinq siyahısında 2-ci yerə yüksəlməsini təmin ediblər.


İƏT Gənclər Forumunun sədri səfir Elşad İskəndərovun bununla bağlı TRT Haber-ə deyib: "Kampaniyanın əsas məqsədi son dövrdə iki cəbhədə terrorla mübarizə aparan və İslam dünyası üçün bir ümid mənbəyi olan Türkiyəyə bu mübarizədə mənəvi dəstəyin nümayiş etdirilməsidir. Eyni zamanda kampaniya Türkiyəyə qarşı istiqamətlənmiş terror aktlarının yalnız Türkiyəni deyil, bütün İslam dünyasını hədəfə aldığını göstərməyi və bu mövzuda məlumatlılığın gücləndirilməsi məqsədini də daşıyır. Nəhayət bu fəaliyyət, dünyada və Türkiyədə bəzi dairələrin terrorçuların hərəkətlərini təqdir etməsi və terrorun leqallaşdırılması cəhdlərinə qarşı müsəlman gəncliyi tərəfindən bir cavabdır”


Məlumatda həmçinin qeyd olunur ki, İƏT Gənclər Forumu tərəfindən PKK və İŞİD terrorunun İslam dünyası uçun fəsadlarını, onların gizli bağlantı, əsl mahiyyət, antoloji və siyasi dayaqlarını aşkarlayan təhlili materiallar sosial şəbəkələrdə dərc edilərək (https://www.facebook.com/OIC.Youth?ref=ts&fref=ts) xüsusi maarifləndirmə fəaliyyəti də aparılır. Bu mənada kampaniyanın başlıca məqsədi PKK və İŞİD terror təşkilatlarının İslam dünyasına verdiyi zərərlər haqqında müsəlman gəncləri məlumatlandırmaq və İslam dünyasında terror hərəkatlarına qarşı düşüncə formalaşdırmaqdır.

Qeyd edək ki, 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı DƏ-İKGF, mənzil-qərargahı İstanbulda yerləşən və İƏT ölkələrində gənclik siyasətlərini əlaqələndirən beynəlxalq qurumdur.

Videoçarxın linki: https://www.facebook.com/OIC.Youth/videos/943854245670906/

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Sentyabr, 2015  14:51 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!