|
• DünyadaAyətullah Məkarim Şirazidən Türkiyə Baş nazirinə sərt tənqidİranın nüfuzlu təqlid alimlərindən Ayətullah Məkarim Şirazi bu gün İranın Qum şəhərində etdiyi çıxışında İranın uranın zənginləşdirilməsini məhdudlaşdıracaq "Əhatəli Birgə Fəaliyyət Planı"na dair ortaya çıxan müzakirələrdən narahat olduğunu dilə gətirib. ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə,"Mehr" agentliyinin məlumatında bildirilir ki,Ayətullah Məkarim Şirazi "Əhatəli Birgə Fəaliyyət Planı"nın bir çox mühüm istiqamətinin olduğu qeyd edərək "Bu planın bəzi zəif məqamları da ola bilər, amma hər kəs bu zəif notları tutmağı bacarmalı və həll yolunun tapılması barədə düşünməldir ", -deyə vurğulayıb. Əhatəli Birgə Fəaliyyət Planının qələbə olduğuna işarə edən Ayətullah Məkarim Şirazi bildirib:"Bu, xalqımızın parçalanmasına və cəbhələrə bölünməsinə səbəb olmamalıdır. Xalq bu plana yaxşı cəhətdən baxmalı və lazımsız müzakirələrdən imtina etməlidir". Ayətullah Məkarim Şirazi "İŞİD-in vəhşiliklə insanları öldürdüyü rayonlardan insanlar hara qaçsın? Bu insanlar ölməlidirmi? Bu müharibəni törədənlər niyə bunları düşünmür? Eşitdiyimə görə, müharibə səbəbkarları 'İranla Rusiyanın etdiklərinə görə qaçqın böhranı yaşanır' deyiblər", ifadəsindən istifadə edib. Türkiyə Baş naziri Əhməd Davudoğlunu da sərt şəkildə tənqid edən Ayətullah - "İranla Rusiya Suriya hökumətinin xalq tərəfindən seçkilər vasitəsilə seçilməsinin lazımlılığını söyləyir. Buna baxmayaraq siz dünyanın dörd bir yanından adamları toplayıb hər yeri məhv etdiniz və insanları köç etməyə məcbur etdiniz. Sonra da durub, "Başqaları bu oyunları oynadılar", -deyə çıxış edirsiniz", Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Sentyabr, 2015 14:21 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |