إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ərəb Əmirlikləri qaçqınları niyə qəbul etmir?

Son günlər dünya mətbuatında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) suriyalı qaçqınları qəbul etməməkdə ittiham olunur. Ölkə rəsmiləri bunun səbəbini açıqlayıblar.

Ahlibeyt.az-ın məlumatına görə, Modern.az Associated Press Agentliyinə istinadən bildirir ki, BƏƏ hakimiyyəti indiyədək problemin həllinə kifayət qədər yardım etdiklərini düşünür.   Qeyd olunur ki, Əmirliklər 2011-ci ildən etibarən ölkəyə gələn 100 min suriyalı qaçqının burada qalması müddətini uzadıb.

Hökumətin açıqladığı rəqəmlərə görə, hazırda Suriyanın 242 min vətəndaşı Ərəb Əmirliklərində qalır.

Bundan əlavə, 2012-ci ildən etibarən Suriya böhranından əziyyət çəkənlərə 530 milyon dollardan artıq vəsait ayrılıb. Bu pulların müqabilində İordaniyada qaçqaınlar üçün düşərgə saxlanılır.

Hazırda 2 miyondan artıq suriyalı qaçqın Misir, İraq, İordaniya, Livanda, 1,9 milyon isə Türkiyədə məskunlaşıb. 300 mindən artıq insan Avropadan sığınacaq almaq üçün müraciət edib

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Sentyabr, 2015  11:34 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!