
Son günlər dünya mətbuatında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) suriyalı qaçqınları qəbul etməməkdə ittiham olunur. Ölkə rəsmiləri bunun səbəbini açıqlayıblar.
Ahlibeyt.az-ın məlumatına görə, Modern.az Associated Press Agentliyinə istinadən bildirir ki, BƏƏ hakimiyyəti indiyədək problemin həllinə kifayət qədər yardım etdiklərini düşünür. Qeyd olunur ki, Əmirliklər 2011-ci ildən etibarən ölkəyə gələn 100 min suriyalı qaçqının burada qalması müddətini uzadıb.
Hökumətin açıqladığı rəqəmlərə görə, hazırda Suriyanın 242 min vətəndaşı Ərəb Əmirliklərində qalır.
Bundan əlavə, 2012-ci ildən etibarən Suriya böhranından əziyyət çəkənlərə 530 milyon dollardan artıq vəsait ayrılıb. Bu pulların müqabilində İordaniyada qaçqaınlar üçün düşərgə saxlanılır.
Hazırda 2 miyondan artıq suriyalı qaçqın Misir, İraq, İordaniya, Livanda, 1,9 milyon isə Türkiyədə məskunlaşıb. 300 mindən artıq insan Avropadan sığınacaq almaq üçün müraciət edib