|
• Dünyadaİrandan Türkiyəyə dəstəkRəsmi Tehran son günlər ardıcıl törədilmiş terror aktları ilə sarsılan Türkiyəyə dəstək nümayiş etdirib - İslam respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfham PKK terrorçularının TSK və mülki əhaliyə yönəlmiş hücumunu pisləyib Ahlibeyt.az-ın Anspress-ə istinadən verdiyi xəbərə görə, İranın rəsmi “İRNA” agentliyini məlumatında bildirilir ki, bu barədə İslam respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfham çıxışında bildirib. Əfham PKK terror təşkilatının Türkiyə Silahlı Qüvvələri (TSK) və mülki əhaliyə qarşı yönəlmiş terror hücumunu kəskin pislədiklərini ifadə edib. Hadisələrin gedişinin təhlükəli səviyyəyə çatdığını deyən Mərziyə Əfham sülh danışıqlarının yenidən başladılmasının labüd olduğunu qeyd edib. Qeyd edək ki, bu il iyulun 24-dən başlayaraq TSK hərbçiləri və Türkiyə Hərbi Hava donanması PKK terrorçularına qarşı intensiv əməliyyatlara başlayıb. Buna, Şanlıurfa vilayətinin Suruc rayonunda 32 mülki əhalinin ölümünə səbəb olan terror aktından sonra PKK terrorçularının günahsız 2 polisi güllələyərək öldürməsi ilə ölkədə başlatdığı gərginlik səbəb olmuşdu. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Sentyabr, 2015 10:25 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |