|
• Mənəviyyat • Mənəviyyatİnsanlar əməllərində öz imam və başçılarına bənzəyirlər...İmam Əli (ə) buyurmuşdur: الا وَ انَّ لِكُلِّ مَأْمُومٍ اماماً، يَقْتَدى بِه وَ يَسْتَضىءُ بِنُورِ عِلْمِه؛ “Bil ki, tabe və ardıcıl olan hər bir şəxsin bir imam və rəhbəri var ki, ona tabe olur və onun elminin nuru ilə aydınlıq axtarır.” (“Nəhcül-bəlağə”, məktub 45.)
ŞƏRH VƏ TƏFSİR Hər insanın təbiətində örnək seçimi olduğundan, düzgün və həqiqi örnəklər tanıtdırılmadıqda,insanlar batil örnəklərə itaət edəcəkdir. Odur ki, Allah-Taala “Ali-İmran” surəsinin 164-cü ayəsində möminlərə minnət qoyur ki, onlara mələk cinsindən yox, onların öz cinsindən peyğəmbərlər göndərmişdir. Bunun sirri isə həmin örnək seçimidir. Çünki hər cins yalnız öz cinsindən olanı örnək qəbul edir. Yuxarıdakı hədis də buna işarədir. Bu hədisdə iki mətləb diqqəti cəlb edir: 1. İnsanlar, əməllərində öz imam və başçılarına bənzəyirlər. 2. Elmi məsələlərdə onun elm və hidayət nurundan bəhrələnirlər. Demək, həm əməldə, həm də elmdə sağlam və ülvi örnəklərə itaət tövsiyə olunur və əsasən, yer üzünün əsla imamsız qalmamasının hikmətlərindən biri də örnək seçiminin zəruriliyidir. Elə buradan şeytanın vəsvəsə meydanlarından birinə yol açılır və ona tabe olan insanlar tərəfindən batil örnəklər tanıtdırılır. Uyğun örnəklərin varlığının zəruriliyi, insanın örnək seçiminə qarşı təbii meyli və şeytan xislətli insanlar tərəfindən batil örnəklərin tanıtdırılması məsələsinə diqqət yetirdikdə, sağlam, düzgün və qurucu örnəklərin cəmiyyətə tanıtdırılması zəruri sayılır. Aydındır ki, örnəklərin tanıtdırılması və cəmiyyətdə təbliği də zəruri ehtiyaclardandır. Mənbə: maide.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Sentyabr, 2015 14:12 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |