|
• DünyadaMinlərlə İŞİD-çi mühacir qismində Avropaya daxil olubSilahlılar əvvəlcə gizli yolla Türkiyəyə, sonra isə Avropaya daxil ola biliblər-İŞİD terror qruplaşması bildirib ki, onun dörd min üzvü hal-hazırda Avropadadır Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə, İŞİD üzvləri Avropaya miqrant qismində daxil ola biliblər. Bu barədə terror qruplaşması özü danışıb və faktı təsdiqləyib. Onlar bildiriblər ki, silahlılar əvvəlcə gizli yolla Türkiyəyə, sonra isə Avropaya daxil ola biliblər.
İŞİD terror qruplaşması bu gün dünya təhlükəsizliyinin əsas təhdidlərindən biridir. Üç il ərzində terrorçular İraqın və Suriyanın əhəmiyyətli ərazilərini tutmağı bacarıblar. Bundan başqa, onlar Şimali Afrika ölkələrində , xüsusən, Liviyada öz təsirini yaymağa çalışırlar.
Bu terror qrupu ilə mübarizənin bir cəbhəsi yoxdur: onlarla Suriya və İraqın hökümət qoşunları, ABŞ-in başçılığı ilə beynəlxalq koalisiya havadan zərbə ilə, kürdlər, Livanın və İraqın şiə yığma döyüşçüləri mübarizə aparır. Bu uzunmüddəli mübarizə minlərlə dinc sakinin ölümünə, milyonlarla insanların qaçqın düşməsinə səbəb olub.
Avropa Birliyi ona üzv ölkələrə miqrantları qəbul etmək üçün sərhədləri açmağı tapşırıb. Ötən həftədən Avropaya minlərlə miqrant gəlib. Amma terrorçuların ölkələrinə daxil olmasından ehtiyat edən Avropa ölkələri artıq sərhədləri bağlamaq niyyətindədirlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Sentyabr, 2015 13:21 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |