إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Müsəlman liderlər Avropanın ən böyük məscidinin açılışına toplaşacaqlar

Rusiya paytaxtında tikilən Avropanın ən böyük məscidi olan" Moskva Kafedral Məscid"kompleksi Qurban bayramından bir gün əvvəl - sentyabrın 23-də açılacaq

Ahlibeyt.az-ın Ria-ya istinadən məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan, Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev və Fələstin lideri Mahmud Abbas Rusiyaya gəlməsi onların admnistrasiyaları tərəfindən dəqiqləşdirilib.

Məlumatına görə, dövlət başçıları Moskvada Avropanın ən böyük məscidinin açılışında iştirak edəcəklər. Bu barədə məlumatı Rusiya Müftilər Birliyi nümayəndəsi Gülnur Gaziyeva yayıb.

Açılış mərasimində bütün müsəlman ölkələrinin nümayəndələri də iştirak edəcək.

Müftilikdən bildirilib ki, mərasimə qatılacaq işğal altında olan Fələstin admnistrasiyasının rəhbəri Mahmud Abbasın Yaxın Şərq problemi ilə bağlı məsələnin müzakirəyə qaldırılacağı bildirilir

"Moskva Kafedral Məscidi" Qurban bayramından bir gün əvvəl, yəni sentyabrın 23-də açılacaq. Açılış mərasiminə Rusiya dövlət başçısı Vladimir Putin də qatılacaq.

Məscid Moskvanın ən böyük prospektlərindən biri olan "Prospekt Mira"da 1904-cü ildə tikilib. Tatar taciri Salih Erzinin sifarişi əsasında onu memar A.Jukov inşa edib. Rekonstruksiya üçün köhnə məscid tamamilə sökülüb. Yenidənqurma işləri 10 il davam edib. Minarələrin hündürlüyü 72 metrdir.

Bura konfrans və sərgi salonları da daxildir.

Qeyd edək ki, Məscidin açılışına dəvət edilənlər arasında Azərbaycan prezidenti İlham Əliyev də var.

Xatırladaq ki,təmamən rekonstruksiya olunan Məsciddə bütün dizayn işlərini Türkiyə rəssamları yerinə yetiriblər. Məscidi Avropada böyüklüyünə görə ən böyük dini obyekt olacaq. Onun sahəsi təqribən 18 900  kvadratmetr təşkil edir. Altı minarəli məsciddə kişi və qadın ibadət zalları ilə yanaşı, konfrans zalı, sərgi qalereyası olacaq.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Sentyabr, 2015  12:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!