إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Xameneyi - "Sanksiyalar köklü şəkildə götürülməsə, heç bir müqavilə olmayacaq"

“Əgər sanksiyalar köklü şəkildə götürülməsə, heç bir müqavilə də olmayacaq. ABŞ gərək sanksiayaların götürülməsi məsləsini müəyyənləşdirsin”

 

Ahlibeyt.az-ın İnteraz-a istinadla verdiyi xəbərə görə, bunu İranın Ali Dini lideri Ayətullah Xameneyi Xubrəqan Məclisinin üzvlərini qəbul edərkən deyib.

 

O, çıxışı zamanı ABŞ prezidentinin “sanksiyaların çərçivəsi qüvvəsində qalacaqdır” fikrinə toxunaraq bildirib ki, belə bir şəraitdə İran müəyyən bir müqaviləyə boyun qoymayacaq:

 

“Bizim əvvəldən tələb və təkidimiz sanksiyaların müvəqqəti dayandırılması deyil, sanksiyaların dərhal götürülməsi idi. Amma burada dostlar məsələyə elə aydınlıq gətirdilər ki, biz də əleyhinə getmədik. Əgər sanksiyalar müvəqqəti dayandırılsa biz də ona uyğun olaraq, köklü olmayan addımlar atacağıq. Əgər sanksiyalar dayandırılır və onun çərçivəsi qüvvəsində qalırsa, bəs onda biz niyə müzakirəyə getmişik. Bu, İranın müzakirələrdə iştirak etmə məqsədinin əksidir.”

 

Ayətullah Xameneyi həmçinin nüvə anlaşmasını müzakirəyə çıxaracaq ölkə parlamentinə heç bir tövsiyəsi olmadığını bildirib və qərar vermənin onların öhdəsində olduğunu da vurğulayıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Sentyabr, 2015  19:35 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!