|
• DünyadaTürkyədəki Azərbaycan diasporu nazir Haydar Koncanın "erməni soyqırımı"çıxışına etiraz edibTürkiyənin Kocaeli vilayətində fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri, Heydər Əliyev Mədəniyyət Evinin rəhbəri Bilal Dündar Türkiyənin yeni hökumətində Avropa Birliyi üzrə nazir postunu tutan HDP təmsilçisi Haydar Koncanın qondarma "erməni soyqırımı" ilə bağlı çıxışına etirazını bildirib
Ahlibeyt.az-ın Trendə istinadən verdiyi xəbərə görə, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki,nazirlə telefon əlaqəsi yaradan B. Dündar Azərbaycan və Türkiyə ictimaiyyətində böyük etirazla qarşılanmış çıxışına dair H. Koncadan açıqlama istəyib. Nazir isə “soyqırım” kəlməsindən istifadə etmədiyini, o dövrdə hər iki tərəfin bir-birinə qarşı qətliam törətdiyini söylədiyini deyib.
B. Dündar H. Koncanın vaxtilə Muş vilayətində işlədiyini xatırladaraq ötən əsrin əvvəllərində erməni silahlı dəstələrinin həmin bölgədə yerli sakinlərə qarşı törətdiyi zülmlərdən xəbərdar olduğunu bildirib və onu bu məsələni tarixi sənədlərlə müzakirə etmək üçün təşkilatın ofisinə dəvət edib.
Muşdakı erməni zülmündən məlumatlı olduğunu etiraf edən H. Konca yaxın vaxtlarda TADEF-ə gələcəyini deyib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Sentyabr, 2015 17:29 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |