إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Qeyri-müsəlmanlar "Məhəmməd(s) Rəsuləllah" filmini maraqla qarşılayıblar

"Məhəmməd Allahın Rəsuludur" filmi Monreal Beynəlxalq Film Festivalında nümayişi olduqca maraqla qarşılanıb

Ahlibeyt.az-ın İran mediasına istinadən məlumatına görə,İranlı rejissor Məcid Məcidinin "Məhəmməd Rəsulallah" filminin Tehran kino-teatrlarında göstərilməsindən sonra Kanadanın Monreal şəhərində keçirilən ənənəvi  Monreal Beynəlxalq Film Festivalında nümayiş etdirilməsi olduqca maraqla qarşılanıb.

Məlumatda qeyd olunur ki,filmin nümayişindən bir neçə gün öncə bütün biletlər satılıb  və  filmin əksər tamaşaçısı qeyri-müsəlmanlar olub.

"Muhəmməd Rəsulallah" filmi iki gün müddətinə Kanadanın Monreal şəhərindəki iki kino-teatrda göstərilib.Lakin Monreal şəhərinin kino-teatrlar üzrə məsul şəxsi biletlərin sayının artırılması və ekran üçün yeni salonların ayrılmasını istəyib.

Bildirək ki,hazırda Məhəmməd Rəsulullah" filmi İranın 150 kino-teatrında nümayiş etdirilir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Sentyabr, 2015  11:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!