|
• DünyadaMisir məhkəməsində açıqlama: Mursi xilafət qurmaq istəyirdiMisirin keçmiş daxili işlər naziri Məhəmməd İbrahim devrilmiş prezident Məhəmməd Mursinin də müttəhimlər arasında yer aldığı məhkəmə iclasında, "Mursinin xilafət qurmaq istədiyini" söyləyib
Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə,Misir məhkəməsinin açıqlamasında bildirilir ki,Məhəmməd Mursi və 10 nəfərin "Qətər adına casusluq" ittihamının mühakimə olunduğu məhkəmə iclasında şahid kimi dindirilən keçmiş nazir Məhəmməd İbrahim, Qətərə bəzi gizli sənədlərin ötürülməsi məsələsində, "Əgər baş versəydi, o planlı bir şəkildə törədilmiş cinayət olacaqdı və ölkənin milli təhlükəsizliyinə təsir edəcəkdi" - deyib.
M.İbrahim - "Müsəlman Qardaşlar Təşkilatı (İxvan) əvvəlcədən Prezident qurumlarına sızıb, bəziləri qurum daxilində vəzifə aldı.Mursinin müşavirlərindən Əymən Hüdhüd, keçmiş Prezident Adminstrasiya Divanı sədr müavini Əsəd Şeyxa kimi yaxalanıb, məhkəmə qarşısına çıxardılar və məhkum edildilər" deyə bildirib.
Məhəmməd İbrahim Mursinin də iştirak etdiyi məhkəmə iclasında həmçinin, "Məhəmməd Mursi ölkədə xilafət yaratmaq niyyətindəydi" söyləyib.
Məhkəmə prosesi, Milli Təhlükəsizlik Nazirliyindən general-mayor Adil Azebin ifadəsinin dinlənməsi üçün 7 sentyabra qədər təxirə salınıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Sentyabr, 2015 17:46 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |