إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yer kürəsində nadir " Tam ay tutulması"hadisəsi müşahidə olunacaq

Sentyabrın 27-də yer kürəsi sakinləri kifayət qədər nadir astronomik hadisənin şahidi olacaq

Ahlibeyt.az-ın Tass-a istanadən məlumatına görə, bu barədə ABŞ kosmik araşdırmalar mərkəzi- NASA xəbər yayıb.

NASA mütəxəssisləri bildirirlər ki, sonuncu dəfə bu kimi tutulma 1982-ci ildə müşahidə olunub. Analoji halın olması 2033-cü ildə gözlənilir.

Məlumatda bildirilir ki,bu il tam ay tutulması sentyabrın 27-si ayın yerə ən yaxın nöqtədə olması fonunda baş verdiyinə görə,bu hadisə nadir hallardan biri kimi qiymətləndirilir.

Ayın tam tutulması gecə, ayın yerə ən yaxın ola biləcəyi vaxtda müşahidə olunacaq. Tutuma Yer kürəsinin bir çox yerlərində müşahidə olunacaq.

Amerika Kosmik idarəsinin məlumatında qeyd edilir ki, ayın ilk tutulmasını ilk olaraq, Şimal və Cənub Amerikası sakinləri tərəfindən görüləcək. Sonradan isə Avropa, Afrika, Asiyanın qərb hissəsi və Sakit okean regionunun şərq hissəsində də ayın tutlması müşahidə olunacaq.

Ötən əsrin əvvəlindən indiyə kimi ay tutulması cəmi 5 dəfə müşahidə olunub.Yalnız 1910, 1928, 1946, 1964, 1982-ci illərdə belə ay tutulmaları müşahidə olunub.

Qeyd edək ki,"Ay tutulması" zamanı müsəlmanların ayət namazı qılması vacibdir.Bu barədə əlavə məlumat veriləcək.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Sentyabr, 2015  17:17 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!