إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyədən Liviyaya istiqamət götürən silahla dolu yük gəmisi Yunanıstanda saxlanılıb - Foto

Yunanıstan sahillərində silah-sursatla dolu gəmi saxlanılıb.Gəmi Yunanıstanın Krit adası yaxınlığında həbs edilib


Ahlibeyt.az-ın AnsPress-ə istinadən  verdiyi məlumata görə, gəmi Türkiyə sahillərindənLiviya istiqamətində hərəkət edirmiş.

Gəmi Yunanıstanın Krit adası yaxınlığında saxlanılıb.

Gəmiyə baxış zamanı hüquq - mühafizə orqanlarının əməkdaşları böyük həcmdə müxtəlif silah - sursat partiyası aşkar ediblər.

Yük gəmisi Boliviya bayrağı altında üzüb və onun göyərtəsində Misir və Suriya vətəndaşları olub.


Saxlanılan “Həddad-1” markalı gəmi

“Həddad-1” yük gəmisində 7 nəfər ekipaj üzvü olub. Gəmi göyərtəsindəki yükü Türkiyənin İsgəndarun limanından Liviyanın Misrata limanına apardığı bildirilir.

Yunan mətbuatı gəmidəki vəsaitlərin Liviyadakı İŞİD əlaqəli qruplara aid olduğunu iddia edib.
Hazırda gəmidə olan silahların kimə və hansı terror qruplaşmasına göndərildiyi araşdırılır.

Gəminin saxlanıldığı-Krit adası sahilləri

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Sentyabr, 2015  17:01 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!