إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraqda 70 İŞİD-çi məhv edildi 200-dən çox girov azadlıqda

İraqın Anbar əyalətində hərbçilərlə İŞİD silahlıları arasındakı atışma nəticəsində 70 terrorçu zərərsizləşdirilib, onlara məxsus 12 texnika ələ keçirilib

Ahlibeyt.az-ın Report-a istinadən xəbər verir ki, bu haqda İraq ordusunun 7-ci korpusunun komandiri Numan Abdulzubey bildirib.

Onun sözlərinə görə, Anbar əyalətinin mərkəzi Ramadanın 160 km qərbində yerləşən Hadisə rayonunda təhlükəszilik qüvvələri terrorçuların hücumuna cavab veriblər. Nəticədə 70 silahlı zərərsizləşdirilib, ağır silahların daşınması üçün istifadə edilən 12 texniki vasitə götürülüb.

Ramadan şəhərinin qərbində yerləşən Ər-Ratba yaşayış məntəqəsində İŞİD-in girov götürdüyü 230 nəfər isə azad edilib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Sentyabr, 2015  16:49 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!