|
• DünyadaBMT-nin Suriya üzrə nümayəndəsi münaqişənin həlli ilə bağlı üçmərhələli plan təqdim edibBMT-nin Suriya münaqişəsi üzrə nümayəndəsi Stefan di Mistura müharibənin dayanması və Suriyada vahid hökumətin formalaşması ilə bağlı yeni üçmərhələli plan təqdim edib Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,"Al Hayat"-ın məlumatında bildirilir ki, planda atəşkəsin həmişəlik dayandırılması istiqamətində danışıqların aparılması, tam səlahiyyətlərə malik olan keçid hökumətinin təşkili və hazırkı Suriya hökuməti ilə müxalifət nümayəndələrinin birgə hərbi şurasının yaradılması, BMT-nin nəzarəti altında ölkədə prezident və Parlament seçkilərinin keçirilməsi nəzərdə tutulub. Yeni sənəddə keçid hökumətində iştirakı mümkün olmayacaq 120 şəxsin adının çəkildiyi bildirilir. Qəzet iddia edir ki, sözügedən 120 şəxsin Suriya münaqişəsinin baş verməsində və alovlanmasında rolu olub və bu səbəbdən hər iki tərəf onların keçid hökumətində olmamaları ilə bağlı razılıq əldə edib. Qeyd edək ki, sənəddə Suriya prezidenti Bəşər Əsədin adı hallanmır. Planda, həmçinin Suriya dövlət müəssisələrinin və ordusunun yerində qalması, bu dövlət dairələrində islahatların aparılması, eləcə də “Bəəs” partiyasının toxunulmazlığı məsələləri vurğulanıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Sentyabr, 2015 16:52 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |