إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İşğalçı İsrail ordusunun Fələstin kəndlərinə qeyri-adi hücumu (FOTO)

İsrail əsgərləri buldozerlərlə Fələstin kəndlərinə  hücum ediblər.Əsgərlər zorla evə girərək axtarışlar aparıblar.

Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə,hadisə İordan çayı qərb sahilində yerlşən Cenin şəhərində baş verib.


Şahidlərin sözlərinə görə, sakinler əsgərlərin axtarışlarına etiraz etdiyi üçün bölgədə gərginlik yaranıb. Əsgərlər etirazçılara odlu silahdan palastik güllələrdən və göz yaşardıcı qazdan isitifadə edib.



Fələstinlilərin etirazı


Fələsdinli bir qrup gənc əsgərlərə daş ataraq etirazlarını bildirdikləri üçün ordu mənsubları onlara hücum ediblər.

Evlərdə aparılan axtarışlarda 2 nəfər həbs edilib. İsrail radiosunun yaydığı məlumata görə, əməliyyat vaxtı bir əsgərin ağır yaralanıb. Radionun xəbərində bildirilir ki, bir neçə fələstinli də qarşıqlıq zamanı xəsarət aldığı üçün xəstəxanalara yerləşdirliliblər.


Bölgədəki İsrail əsgərləri


Hücumun baş veridiyi-Qərbi Şəriya bölgəsi

Həmas və onun müttəfiqlərinin 2014-cü ilin iyulunda başlayan sərhəd bölgələrinə raket hücumlarından sonra İsrailin 50 günlük hava və quru hücümları nəticəsində 2 110-dan çox Fələstinli həlak olub. İsrail tərəfindən isə 73 nəfər həyatını itirib. Müharibədən əvvəl oduğu kimi sonra da münaqişə bölgəsində daima silahlı toqquşmalar baş verir. İsrail isə Fələstin tərəfinin etirazlarına baxmayaraq İordan çayının qərb sahillərində yaşayış mənətqələri tikməyə davam edir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Sentyabr, 2015  09:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!