|
• DünyadaƏfqanıstanın vitse-prezidenti - "İŞİD-in Qafqaz və Azərbaycanla bağlı da planları var"(video)"Əfqanıstanda türk sözü bəziləri tərəfindən sevilmir.İŞİD-in Azərbaycanı və Qafqazı əhatə edən planları var". Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, bu sözləri Əfqanıstanın vitse-prezidenti, general Əbdürrəşid Dostum "Anadolu" agentliyinə müsahibəsində deyib. O bildirib ki, Taliban və İŞİD təkcə Əfqanıstan üçün deyil, Orta Asiya və dünya üçün böyük təhlükədir: “İŞİD dünyanın düşmənidir. Özbəkistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan və Qafqazı əhatə edən planları var. Suriya və İraqda törətdiklərinin eynisini buralarda da etmək istəyirlər”. İllərdir Əfqanıstan türklərinin hüquqları üçün mübarizə apardığını söyləyən general Dostum, özünü türk adlandıran vətəndaşların problemlərlə qarşılaşdığın deyib: “Əfqanıstanda türk sözü bəziləri tərəfindən sevilmir. Təklif edirəm ki, Əfqanıstanda olan türkmənlər və özbəklər ümumilikdə türk adlandırılsın. Ölkədə başlanan yenidənqurma işlərinə baxmayaraq, türklərin yaşadığı bölgələrdə ciddi layihələr həyata keçirilmir. Türkiyə prezidenti və baş nazirindən istəyimiz bu ərazilərdə məktəb və xəstəxana tikdirmələridir. Əfqanıstan türkləri çox geridə qalıb. Bəzi şəhərlərimizdə məktəb yoxdur. Türkiyənin Əfqanıstan türklərinə kömək etməsini istəyirəm. Gənclərimiz təhsil almalıdır. Mən öldükdən sonra mənim daşıdığım bayraq əldən-ələ keçməli və yerə düşməməlidir". Ə. Dostum Türkiyədəki terror hücumlarından xəbərdar olduğunu da bildirib: “Mətbuatdan izlədiyimə görə, türk əsgərlərinə terror hücumları olur. Şəhidlərin ata-analarına, ailələrinə və Türkiyə prezidentinə başsağlığı verirəm”. Qeyd edək ki, general Əbdürrəşid Dostumun atası özbək, anası türkməndir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Avqust, 2015 16:16 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |