إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Həsən Ruhani - İran Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət yetirir

"İran İslam Respublikası qonşu dövlətlərlə münasibətlərin inkişafına xüsusi diqqət yetirir."

Ahlibeyt.az AzərTaca istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

Prezident H.Ruhani ölkəsinin Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib.

Bildirib ki, İran ilə Azərbaycan arasında sıx əməkdaşlıq əlaqələri qurulub. Bu əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu nəzərə çatdıran H. Ruhani hazırda iki dövlət arasında neft sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə edildiyini bildirib.

İran Prezidenti ümidvar olduğunu bildirib ki, əməkdaşlığın perspektivləri üçün möhkəm əsas yaradılıb.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Avqust, 2015  10:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!